Marko Asensio Çempionlar Liqasındakı rekordunu yeniləyib.
"Football-plus.az" xəbər verir ki, “Real”ın oyunçusu 1/4 finalın “Çelsi” ilə ilk matçında (2:0) meydana 71-ci dəqiqədə daxil olub və komandasının üstünlüyünü iki topa çatdırıb. Asensio ÇL oyununda mübarizəyə sonradan qoşulandan sonra 9-cu qolunu vurub. O, bu göstəriciyə əsasən rekordçudu. Asensiodan sonrakı yerləri əvəzlənmədən sonra 7 qol vuran Ole Qunnar Sulşer, Kərim Benzema və Tomas Müller tuturlar.