Mane Droqbanın rekordunu yenilədi

4.05.2022 20:10 442
Dünya futbolu
Liverpool Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Villarreal-ı 2:3 hesabı ilə məğlub edib.

"Football-plus.az" xəbər verir ki, Mersisaydlıların bir qolunu Sadio Mane vurub. Bu qol seneqallı futbolçunun Çempionlar Liqasının Pley-Off mərhələsində vurduğu 15-ci qol olub. Beləliklə, Mane Afrikalı futbolçular arasında bu göstəriciyə görə 1-ci yerə yüksəlib.

Qeyd edək ki, daha öncə rekord Chelsea-nin sabiq futbolçusu Didye Droqbaya məxsus idi (14 qol).