Avropa çempionatına hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət millimiz Bakıda iki yoxlama oyunu keçirib.
"Football-plus.az" xəbər verir ki, komanda ölkəmizdə təlim-məşq toplanışında olan Latviya millisi ilə qarşılaşıb. Hər iki matç yığmamızın qələbəsi ilə başa çatıb – 3:2, 3:0.
Milli Avropa çempionatında C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Qrupun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.