Premyer-liqada öz rekordunu yenilədi

2.10.2022 15:50 366
Dünya futbolu
“Arsenal”a qarşı oyunun nəticəsi Harri Keyni məyus etsə də, derbi təcrübəli futbolçu üçün əlamətdar olub.

Komandası 1:3 hesabı ilə uduzan hücumçu penalti ilə təsəlli qolunu vurub. Keyn premyer-liqanın səfər oyunlarında 100-cü qolunu reallaşdırmaqla öz rekordunu yeniləyib. Qeyd edək ki, bu planda növbəti yerləri Ueyn Runi (94) ilə Alan Şirer (87) tuturlar.