Lionel Messi Fransa çempionatının sabah keçiriləcək “Renn” ilə oyununu buraxa bilər.
"Football-plus.az" xəbər verir ki, PSJ-nin hücumçusu çərşənbə axşamı keçirilən komandanın məşqini vaxtından əvvəl tərk edib.
Fransa mənbələrinin iddiasına görə, argentinalı futbolçu baş məşqçi Kristof Qaltyenin ona təklif etdiyi məşqlərdən narazı qaldığı üçün bu addımı atıb. Mütəxəssis 35 yaşlı oyunçunu məşqdə qalmağa razı salmağa çalışsa da, buna nail ola bilməyib.
Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsinin müddəti bu ilin iyununda başa çatır.