Alvaro Morata İspaniya yığmasında xüsusi status qazanıb.
"Football-plus.az" xəbər verir ki, “Atletiko”nun hücumçusu milli komandanın yeni kapitanı təyin edilib. Bu barədə yığmanın baş məşqçisi Luis de la Fuente məlumat verib.
Qeyd edək ki, sabiq kapitan Serxio Buskets yığmadakı çıxışını başa vurub.
Əlavə edək ki, Koke və Xordi Alba bu ay keçiriləcək təlim-məşq toplanışına çağırılmayıb.