• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

MY “Barselona”nın hansı seriyasını qırdı?

Avropa Liqası

18-02-2023, 18:0

Fevralın 16-da Avropa Liqasının (AL) pley-offuna start verildi.

İlk oyunlar çərçivəsində 8 duel keçirildi. 4 matçın heç-heçə başa çatdığı ilk görüşlərdə yalnız bir komanda səfərdə qələbəyə nail oldu.

Xatırladaq ki, qitənin “ikinci dərəcəli” klub turnirində qrup mərhələsində 1-ci yeri tutan komandalar birbaşa 1/8 finalda oynamaq hüququ qazanıb. Qrup ikinciləri bu mərhələyə vəsiqə uğrunda Çempionlar Liqasının (ÇL) qruplarını 3-cü yerdə başa vuran komandalarla pley-off oyunları keçirirlər. AL-in qruplarını 3-cü yerdə bitirənlər isə Konfrans Liqasının (KL) pley-offunda oynamaq hüququ qazanıblar.

Sözsüz, cümə axşamı əsas diqqət “Nou Kamp”dakı matça yönəlmişdi. ÇL-in qrupunu 3-cü yerdə başa vurduğu üçün AL-ə istiqamətlənən “Barselona” doğma arenasında “Mançester Yunayted”lə qarşılaşdı. Ümumilikdə bərabər səviyyədə keçən mübarizədə 4 qol qeydə alındı ki, qapı torları yalnız fasilədən sonra silkələndi. İlk yarı ilə müqayisədə 2-ci hissə yetərincə açıq futbolla yadda qaldı. Turnirin finalına layiq oyunda hər iki tərəfin sonda qələbə qazanmaq şansları oldu. Lakin ilk görüş 2:2 hesabıyla nəticələndi və Avropa nəhəngləri arasındakı rəqabətin qalibi gələn həftə İngiltərədə müəyyənləşəcək.

“Barselona” artıq bütün turnirlərdə 17 oyundu uduzmur. Xavi Ernnadesin komandası ötən il oktyabrın 26-da ÇL-in “Bavariya” ilə keçirilən ev oyunundan (0:3) sonra 15 qələbə qazanıb və rəqibləri ilə 2 dəfə heç-heçə edib. Amma MY kataloniyalıların bütün turnirlərdəki 11 oyunluq qələbə seriyasını qırdı. Albanın “Barselona”da 450-ci oyununu keçirdiyini və Reşfordun bu mövsüm klubunda 22-ci qolunu vurduğunu da bildirək. 25 yaşlı hücumçu bununla da 2019/20 mövsümündə müəyyənləşdirdiyi şəxsi rekordunu təkrarladı.
Avropanın 5 aparıcı liqasının təmsilçiləri daha iki oyunda qarşılaşdılar. “Yuventus” qrup mərhələsində “Qarabağ”ı üstələyərək 2-ci yeri tutan “Nant”ı İtaliyada məğlub edə bilmədi – 1:1. Turin klubu cari avrokubok mövsümündə keçirdiyi 7 matçın yalnız birində qələbə qazanıb. “Bayer-04” isə Almaniyadakı oyunun son dəqiqələrində buraxdığı qolla “Monako”ya 2:3 hesabıyla məğlub oldu.

İlk oyunlardan sonra yalnız PSV-nin qapısından 3 cavabsız top keçirən “Sevilya”nın növbəti mərhələnin püşkünü gözləyə biləcəyini əminliklə iddia etmək mümkündü. Postsovet məkanını AL-də təmsil edən yeganə komanda pley-offa müsbət nəticə ilə başladı. “Şaxtyor” məlum səbəbdən Polşanın Varşava şəhərində keçirilən oyunda “Renn”ə qalib gəldi - 2:1.

pley-off, ilk oyunlar

Barselona (İspaniya) – Mançester Yunayted (İngiltərə) 2:2
Alonso, 50. Rafinya, 76 – Reşford, 53. Kunde, 69-öz qapısına.
Yuventus (İtaliya) – Nant (Fransa) 1:1
Vlahoviç, 13 – Blas, 60.
Bayer-04 (Almaniya) – Monako (Fransa) 2:3
Diabi, 48. Virts, 59 - Qradetski, 9-öz qapısına. Diatta, 74. Disasi, 90+2.
Şaxtyor (Ukrayna) – Renn (Fransa) 2:1
Krıskiv, 11. Bondarenko, 45+1-p. – Toko Ekambi, 59.
Ayaks (Niderland) – Union (Almaniya) 0:0
Zaltsburq (Avstriya) – Roma (İtaliya) 1:0
Kapaldo, 88.
Sevilya (İspaniya) – PSV (Niderland) 3:0
Ən-Nəsiri, 45+2. Okampos, 50. Qudel, 55.
Sportinq (Portuqaliya) – Midtüllann (Danimarka) 1:1
Koates, 90+4 – Aşur, 77.
Cavab oyunları fevralın 23-də keçiriləcək.
Bombardirlər: Reşford (Mançester Yunayted), V.Oliveyra (Braqa), S.Ximenes (Feyenoord) - 4.

Oyundan sonra

Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Bərabər səviyyəli iki komandanın oyununun şahidi olduq. Çox zəhmətsevər, fiziki cəhətdən güclü və necə mübarizə aparmalı olduğunu bilən rəqibə qarşı oynadıq. Amma biz də yaxşı təsir bağışladıq. Məndə son dəqiqələrdə qələbə qolunu vura biləcəyimizlə bağlı hiss oyanmışdı. Hər şeyə “Old Trafford”da aydınlıq gələcək. Ora növbəti mərhələyə vəsiqə qazanmaq hədəfi ilə yollanacağıq. “Mançester Yunayted”lə matçda təzyiq altında olursuz, rəqib əksər duellərdən qalib çıxır. Hərdən topu irəli aparmaqda çox çətinlik çəkirdik, amma ümumilikdə güclü rəqibə qarşı yaxşı oynadıq. Həmçinin topu itirəndən sonra güclü pressinq etdik, amma “Yunayted” doğru qərarlar verə bilən əla oyunçulara malikdi. Ten Haqın fikirlərinə hörmət edirəm, amma komandamızın da kifayət qədər təhlükəli vəziyyət yaratdığını düşünürəm. Biz də daha çox qol vura bilərdik. Müdafiədə yaxşı oynadıq. Fredin əllə oynamasına görə penalti verilməliydi. Bu, gün kimi aydın idi. Bunu necə etməmək olar? Çempionlar Liqasının Milandakı oyununda penaltimiz verilmədi, bu gün də eyni qərarla üzləşdik”.

Erik ten Haq, “Mançester Yunayted”in baş məşqçisi: “Düşünürəm ki, meydanda yüksək səviyyədə oynayan iki yaxşı komanda var idi. Hər kəs rəqiblərin həqiqətən də yüksək səviyyəli oyun nümayiş etdirməsi ilə razılaşar. Belə güclü komandaya qarşı oyunumuz məni tam qane etdi. Hücumun son mərhələsində daha yaxşı çıxış edə bilərdik. İspaniya çempionatının lideri ilə oyunda çoxlu qol vəziyyəti yaratdıq. Daha çox qol vura bilmədiyimiz üçün bir az məyusuq. Ən azı 4 qol vura bilərdik. Hakimliyin matça böyük təsiri oldu. Reşforda qarşı aşkar kobudluq edildi. Buna görə penalti verməyən hakimlər belə səhvə yol verməməliydilər”.

Markus Reşford, “Mançester Yunayted”in hücumçusu: “Bu heç-heçə bizim üçün məğlubiyyətə bənzəyir. Doğrudu, ilk yarı ev sahiblərinin üstünlüyü şəraitində keçdi. Amma sakitliyimizi itirmədik və imkan düşəndə şanslardan yararlanmağa çalışdıq. Komandamız iki baxımlı qol vurdu, nəticəyə nəzarət etməyə çalışdıq. “Barselona”nın kifayət qədər əla oyunçuları var, onlara topa sahibolma üzrə vaxt versən, meydanda boş zonalar tapmağa nail olurlar. Bir həftə sonra daha bir baxımlı oyunun olacağına və irəli addım atacağımıza ümid edirəm”.

Fakt

“Nou Kamp”da keçirilən “Barselona” – “Mançester Yunayted” matçını 90225 tamaşaçı izlədi. Bununla da AL-də yeni tamaşaçı rekordu müəyyənləşdi. Əvvəlki rekord 2017-ci il fevralın 23-də 1/16 final mərhələsinin “Tottenhem” – “Gent” matçının keçirildiyi Londondakı “Uembli” stadionunda (80465) qeydə alınmışdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-05-2022, 23:0

Almaniyanı avrokuboklarda bu klublar təmsil edəcək

Dünya futbolu

5-11-2022, 20:0

Yalnız Bakıda və Qratsda hesab açılmayıb

Avropa Liqası

7-11-2022, 16:0

Avropa Liqası: "Barselona" "Mançester Yunayted"lə üz-üzə gələcək - YENİLƏNİR

Yığma / Manşet

31-01-2023, 18:0

UEFA-nın format dəyişikliyi nə vəd edir?

Dünya futbolu

28-05-2022, 19:0

Türkiyə klublarının Avropadakı yol xəritəsi

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 171
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 160
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə