Almaniya Bundesliqasında 2021/2022 mövsümünün başa çatması ilə ölkəni avrokuboklarda təmsil edəcək klublar müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, çempion "Bavariya" (77 xal), 2-ci Dortmund "Borussiya"sı (69 xal) , 3-cü "Bayer" (Leverkuzen, 64 xal), 4-cü "Leyptsiq" (58 xal) Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıblar. 5-ci yerin sahibi olan "Union" (Berlin, 57 xal), 6-cı yerə çıxan "Frayburq" (55 xal) Avropa Liqasının qrup mərhələsində, 7-ci "Köln" (52 xal) isə Konfrans Liqasının təsnifat mərhələsində oynayacaq.
Qeyd edək ki, "Arminiya" və "Qroyter" Bundesliqanı tərk edib. 16-cı yeri tutan "Herta" isə elitada qalmaq üçün pley-offda oynayacaq.