Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
Football-plus.az xəbər verir ki, UEFA-nın saytında pley-off mərhələsinin ilk matçlarında özünü ən yaxşı tərəfdən göstərən futbolçuların adı açıqlanıb.
Nominantlar sırasına Markus Reşford (Mançester Yunayted), Aksel Disasi (Monako), Lukas Okampos (Sevilya) və Dmitri Krıskiv (Şaxtyor) daxil edilib.
Həftənin ən yaxşı oyunçusu UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğu nəticəsində seçiləcək.