Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) narkomaniyaya qarşı mübarizə mövzusunda videoçarx hazırlayıb.
Football-plus.az xəbər verir ki, "Vaxtında qarşısını alaq" başlıqlı videoda həkim-narkoloq Zamin Əliyevin narkotik vasitələrlə bağlı maarifləndirici çıxışına yer verilib.
O bildirib ki, bu məsələdə ən ciddi problemlərdən biri valideynlərin övladlarının narkotik qəbul etməsindən xəbərsiz olmalarıdır.