• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Atam istəyirdi ki, güləşlə məşğul olum, özümü müdafiə etməyi bacarım” – LAYİHƏ

Layihə

27-11-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Güləş Azərbaycanın idman həyatında böyük yer tutur. Təsadüfi deyil ki, Azərbaycanı bu idman növündə təmsil edənlər tez-tez beynəlxalq yarışlardan medallarla dönür, bayrağımızı mötəbər yarışlarda yüksəldirlər. Buna görə də biz öz yazılarımızda güləşə mümkün qədər geniş yer ayırmağa, yeniyetmələr və uşaqlar arasında güləşin daha çox təbliğ olunmasına çalışırq. Budəfəki müsahibimiz də elə güləşçidi. Nihad Quluzadə ilə söhbət zamanı onu həm yaxından tanımağa çalışdıq, həm də güləşin incəliklərindən xəbərdar olduq.

- Nihad bəy, əvvəlcə oxucularıma özün haqda məlumat verərdin. Güləşdə ilk addımlarını necə atdın? İlk məşqçin kim olub?

- Mən 2002-ci ildə Bakının Suraxanı rayonunda dünyaya göz açmışam. Valideynlərim tarixi topraqlarımız olan Zəngəzur bölgəsindəndi. 114 saylı orta məktəbi bitirəndən sonra təhsilimi İdman Akademiyasında davam etdirirəm. Hazırda akademiyanın 4-cü kurs tələbəsiyəm. Güləşdə ilk addımlarımı tanınmış mütəxəssis İlham Vəzirovun rəhbərliyi altında atmışam. Özümü İlham müəllimin yetirməsi sayırım. İdman klubu kimi isə “Neftçi”nin yetirməsiyəm. Yarışlarda da məhz “Neftçi” İK-ni təmsil edirəm.



- Güləşlə məşğul olmağa özünqərar verdin, yoxsa kimsə istedadını hiss edib, bu idman növünə yönəltdi?

- Orta məktəbin 4-cü sinfindən güləşlə məşğul oluram. Özüm də təbiətcə sakit uşaq olmuşam. Dalaşmağa-güləşməyə elə də meyilli deyildim. Buna görə də düşünmürəm ki, kimsə mənim güləşçi kimi istedadlı olduğumu görə bilərdi. Amma atamın güləşə böyük həvəsi vardı. Bizi də güləşməyə o həvəsləndirdi. Atam istəyirdi ki, fiziki cəhətdən hazırlıqlı olum, özümü müdafiə etməyi bacarım. Beləcə güləşlə məşğul olmağa başladım. Məşqlərə getdikcə bu idman növünün sehrinə düşdüm, getdikcə həvəsim artırdı. Çünki bizim zalda Rövşən Bayramov da məşq edib, İlham Vəzirovun yetirməsidi. Hərdən bizim döşək məşqlərinə də qoşulur. Mən də belə idmançıları gördükcə daha da həvəslənirdim, öz üzərimdə daha çox işləməyə başlayırdım. Məşqçilərim də bunu hiss edirdi, çalışırdılar ki, məni daha da həvəsləndirsinlər, düzgün istiqamətləndirsinlər. Bu mənada onların əməyi inkişafımda danılmazdı.

- İndiyə qədər hansı uğurlara imza atmısan? Bundan sonrakı hədəflər hansılardı?

- Mənim üçün 2018-ci il unudulmaz oldu. Çünki ilk uğurumu məhz həmin il qazanmışam. Makedoniyanın Skopye şəhərində keçirilən Avropa birinciliyinə qatıldım. Orda bürünc medal qazandım. Elə o medaldan sonra məni İdman Akademiyasına qəbul etdilər. Pandemiya dövrü həyatın bir çox sahələri kimi, bizə də bir çox çətinliklər yaratdı. Uzun müddət məşqlərdən, yarışlardan uzaq düşdük. Pandemiya bitəndən sonra ilk MDB oyunlarında iştirak etdim və orda qızıl medala layiq görüldüm. 19 yaşım olmasında baxmayaraq, 23 yaşadək idmançılar arasında dünya birinciliyə qatıldım. Həmin dünya birinciliyəndə də qazancım bürünc medal oldu. Bu medal mənim üçün dünya miqyaslı yarışlarda ilk mükafat idi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, bu il mənim üçün ikiqat uğurlu oldu. Çünki 2022-də həm Avropa, həm də dünya çempionu olmağı bacardım. Mənim üçün ən böyük uğur bu idi. Bundan başqa, 23 yaşadək idmançılar arasında keçirilən dünya birinciliyində yalnız final görüşündə məğlub oldum və gümüş medal qazandım. Hədəflər davam edir. Bacardıqca uğur qazanmaq, Azərbaycan bayrağını yüksəklərə qaldırmaq, himnimizi səsləndirmək əsas məqsədimdi. Ümid edirəm ki, Olimpiya Oyunlarına da qatılmağı, ölkəmizi layiqincə təmsil etməyi bacaracam.



- Güləşlə məşğul olmaq təhsilinə hansısa əngəl yaradıbmı? Ümimiyyətlə, necə düşünürsən, idmanla müntəzəm məşğul olmaq təhsilə mane olurmu?

- Etiraf etməliyəm ki, bir qədər çətindi. Mənim də 9-cu sinifdən sonra məktəbdəki göstəricilərim zəifləməyə başladı. Qərarımı vermişdim ki, idmanla peşəkar şəkildə məşğul olacam, bir növ həyatımı güləşə həsr edəcəm. Buna görə də bəzən gündə iki, hətta üç dəfə məşq etməli olurdum. Sağ olsunlar, məktəbdəki müəllimlərim də bizə anlayışla yanaşırdı. Onlar da başa düşürdülər ki, diqqətimi kənar sahəyə yox, güləşə yönəltməyə məcbur qalmışam. Bir qədər sonra məşqlərim qaydasına düşdü, say azaldı. Çalışırdım ki, dərslərdən geri qalmayım. Valideynlərin də narahatçılığı başadüşüləndi. Hər bir uşaq üçün əvvəlcə təhsil vacibdi, sonra da idman. Bu iki sahəni uzlaşdırmaq isə mükəmməl olar. Hər oxuyan da Molla Pənah Vaqif olmaz deyirlər. Əsas odu ki, insan hansı işlə məşğul olursa, o sahəni yaxşı bacarsın, üzərinə düşəni etsin. Xalqımıza və millətimizə xeyirli övlad olmağa çalışmalıyıq.

- Güləşçi olmaq istəyənlər uşaqlar hansı çətinliklərlə qarşılaşır? Həmin əngəlləri dəf etmək üçün nələrə diqqət etmək lazımdı?

- Peşəkar idmanın, o cümlədən də güləşin öz tələbləri var. Bu yola qədəm qoymusansa, bu çətinliklərə də qatlaşmalısan. İdmanda zədələr qaçılmazdı. Mənim də müxtəlif vaxtlarda zədələrim olub. El arasında deyirlər ki, güləşçinin qulağı sınmasa, o adam güləşçi deyil. Deyərdim ki, ən yüngül zədə elə qulağın sınmasıdı. Çiynimdə, ayağımda da xeyli zədə olub. Hər yarışdan qayıdanda da valideynlərim səhhətimi soruşur. İdmanın da öz çətinlikləri var, amma onların öhdəsindən gəlmək mümkündü. Güləş Federasiyası bizə yüksək şərait yaradıb. Məşq zallarımız mükəmməl səviyyədədi. Dünyadakı zallarla da müqayisə etmişəm, bizdə çatışmayan nəsə yoxdu. Sadəcə, bədən güclü olmalı, fiziki cəhətdən təzyiqə dözməyi bacarmalıdı. Ondan sonra elə də çətinliklər olmur. Sizə də təşəkkür edirəm ki, bizə və güləşə diqqət ayırırsız.

İLKİN SULTANLI

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.


“Atam istəyirdi ki, güləşlə məşğul olum, özümü müdafiə etməyi bacarım” – LAYİHƏ

Paylaş:
Digər xəbərlər

Layihə

11-09-2022, 23:0

“Azərbaycan bayrağını Olimpiadada yüksəltmək mənim üçün əsas hədəfdi” – LAYİHƏ

Layihə / Manşet

14-08-2022, 22:0

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi” - LAYİHƏ

Layihə / Manşet

31-07-2022, 23:0

Təhmasib İsayev: “Klublar idmançıları öz öhdəsinə götürməlidi ki, valideynlərə və federasiyaya yük düşməsin” - LAYİHƏ

Layihə / Manşet

7-08-2022, 22:0

Fəridə Əzizova: “İdmanla məşğul olmağa həkim məsləhəti ilə başlamışam” - LAYİHƏ

Layihə

28-08-2022, 23:0

Üçqat Avropa çempionu: “Kitab oxumağı çox sevirəm və hər kəsə bunu tövsiyyə edirəm” – LAYİHƏ

İdman / Layihə / Manşet

13-11-2022, 23:0

Yığma komandanın sabiq baş məşqçisi: “Badmintonda da hər bir uşağa fərdi yanaşılmalıdı” - LAYİHƏ

Aktual
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Son xəbərlər
  • Bu gün, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Bu gün, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Bu gün, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Bu gün, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Bu gün, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Bu gün, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Bu gün, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Bu gün, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Bu gün, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Bu gün, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Bu gün, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Bu gün, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Bu gün, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Bu gün, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Bu gün, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Bu gün, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Bu gün, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Bu gün, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Bu gün, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Bu gün, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Bu gün, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Bu gün, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Bu gün, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Bu gün, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Bu gün, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Bu gün, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Bu gün, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • Dünən, 23:52
    Almeyda xəyanətlə üzləşib
  • Dünən, 23:31
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • Dünən, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Dünən, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Dünən, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Dünən, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Dünən, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Dünən, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
Daha çox
Oxunub: 593
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 267
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə