• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi” - LAYİHƏ

Layihə / Manşet

14-08-2022, 22:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edirik.

Növbəti müsahibimiz güləşçi qadınlardan ibarət yığmamızın məşqçisi Solmaz Adilovadı. Həmsöhbətimiz qadın güləşi sahəsində tanınmış mütəxəssislərdəndi. Onun söhbətimizdə qadınların güləşlə məşğul olmasının çətinliklərindən də danışdıq, Azərbaycanda qadın güləşinin daha yaxşı inkişaf etməsi üçün nələrin tələb olunduğundan da.

- Solmaz xanım, əvvəlcə sizi daha yaxından tanıyaq. Güləşə necə gəldiz? Güləşçi kimi hansı uğurlar qazandız?
- Mən Sumqayıt şəhərində dünyaya göz açmışam. Güləşdən əvvəl karate və boksla da məşğul olmuşam. Hətta kamandan oxatma üzrə 4 dəfə Azərbaycan çempionu adını qazanmışam. Bu idman növü məni özünə o qədər də cəlb etmirdi. Həvəsim döyüş idman növləri idi. Ona görə də karateylə məşğul olmağa başladım. Karate üzrə də Respublika çempionu oldum, bir çox beynəlxalq yarışlardan mükfatla qayıtdım. Sonra Azərbaycan çempionatının finalında problemlə üzləşdim, xoşagəlməz hallar yaşandı. Buna görə də məni cəzalandırdılar, iki il müddətinə yarışlardan kənarlaşdırdılar. Qərara aldım ki, güləşə istiqamətlənim. Yaxın qohumum Tofiq Eyvazov məni güləşə gətirdi. Onun təkidi ilə 16 yaşımdan güləşlə məşğul olmağa başladım. Gənclər arasında dünya üçüncüsü oldum, 23 yaşlılar arasında Avropa çempionatının bürünc mükafatını qazandım, bir çox kuboklardan fərqli əyarlı medallar əldə etdim. Böyüklər arasında çox da güləşmədim. Zədələr imkan vermirdi, 2-3 sonra karyeramı bitirməli oldum. Bundan sonra da fəaliyyətimi məşqçi kimi davam etdirdim. Demək olar ki, işsiz qalmadım. Dərhal yığma komandada işləməyə başladım.

- Azərbaycanda qadınların idmanla, o cümlədən güləşlə məşğul olması heç də asan deyil. Siz belə problemlərlə qarşılaşdızmı? O problemlərə necə qalib gəlidiz?
- Sözsüz ki, mən də belə problemlərlə qarşılaşmışam. Məni idman yönləndirən, həvəsləndirən babam olub. Elə ilk oxatma müəllimim də anamın əmisi oğlu idi. Döyüş növu olmadığı üçün mənim oxatma ilə məşğul olmağıma icazə verirdilər. Amma mən ağlayırdım, deyirdim ki, arzuladığım idman bu deyil. Ruhum döyüş idmanı istəyirdi. Bir-iki ay yemək yemədim, hamıdan küsmüşdüm. Sonra inadkarlığım nəticə verdi. Anam gördü ki, təslim olmayacaq. Özü məni karateyə gətirdi. Narazılıqlar isə davam edirdi. Güləşə gələndə isə ümumiyyətlə, bütün ailə buna qarşı çıxdı. Anam isə məni dəstəkləyirdi. Onun dəstəyini bu gün də hiss edirəm. Onunla birlikdə çətinlikləri aşdıq, nənəmin və xalamın etirazlarını üstələdik. Güləşə gələndən 4 ay sonra Azərbaycan çempionu oldum. Televiziyada yarışı canlı göstərirdilər, qohumlarım da həmin qələbəmi izləmişdilər. Başa düşdülər ki, mənim idmandan başqa yolum yoxdu. Ona görə də mane olmağı dayandırdılar.



- Sizin yetirmələriniz uğurlarınızı davam etdirə bilirmi? Gələcəkdə onlardan nə gözləyirsiz?
- Artıq 5 ildi məşqçi kimi çalışıram. Bu il yeniyetmələrin Avropa çempionatında Ruzanna Məmmədova qızıl medal qazandı. Aysel Məmmədzadə Avropa çempionatının bürün medalını boynundan asdı. Gənclər arasında Əsmər Canqurtaran İtaliyanın Roma şəhərində qitə üçüncüsü oldu. Hər üçü şəxsən mənim tələbələrimdi. Avropa çempionatının daha bir iştirakçısı Esmira Məmmədli də onlarla birlikdə mənim yetirməmdi. Hər bir yetirməmdən böyük uğurlar gözləyirəm.



- Hazırda qadın güləşində vəziyyət necədi? Gənclərin idmana, məşqlərə yanaşması sizi qane edirmi?
- Qeyd edim ki, mən təkcə öz yetirmələrimi izləmirəm, yığmada çıxış edən bütün güləşçiləri tanıyıram, onların hamısının böyük potensialı var. İnanıram ki, böyük uğurlar qazanacaqlar. Təsadüfi deyil ki, biz bu il 23 yaşadək olan güləşçilərin yarışından dörd medalla geri dönmüşük. Bir qızıl, bir gümüş və iki bürünc medalla. Yeniyetmələrin Avropa çempionatından bir qızıl, bir gümüş və bir bürünc medalla qayıtmışıq. Bu yaxınlarda başa çatan Gənclərin Avropa çempionatından isə iki qızıl, iki gümüş medal götürmüşük. Bütün bu göstəricilər rekord sayılır. Çünki uzun müddət Azərbaycanda qadın güləşində belə nəticələr olmayıb. Qızlardan ibarət komandalarımız heç vaxt belə nəticə qazanmayıb. Deməli, düzgün yoldayıq, inkişaf edirik. Özü də bu nəticələri yeniyetmə və gənclər qazanır. Bu da gələcəyə ümidlə baxmağa əsas verir. Qatıldığımız çempionatların heç birindən qızıl medalsız qayıtmamışıq. İnkişafda olan idman növlərindən biri də qadın güləşidi. Özü də bu nəticələri legionersiz qazanırıq, bütün komanda üzvləri sırf azərbaycanlılardan ibarətdi. Elə bu nəticələrə əsasən idmançılarımızdan, onların məşqlərə və güləşə yanaşmasından razı qalmaq olar. Bu uğurlar güləş ailəsinin birgə zəhməti sayəsində qazanılır.

- Güləşlə məşğul olmaq istəyən qızlarımıza, onların valideynlərinə nə demək istərdiz?
- Mənimlə gün ərzində idmançıların valideynləri tez-tez əlaqə saxlayır. Hamının da birinci verdiyi sual zədələrlə bağlıdı. Onlar övladlarının zədə alacağından narahat olurlar. Demək istəyirəm ki, idmanda zədələr qaçılmazdı. Amma məşq prosesi düzgün aparılanda, baza düzgün qurulanda bu zədələrdən qaçmaq mümkündü. Çox istərdim ki, Azərbaycanda güləşlə məşğul olan qızlarımızın sayı çox olsun. İdman qızlarımızın dünyagörüşünü dəyişir. Müxtəlif ölkələri gəzirsən, fərqli mühitə düşürsən, bu da onlara gələcək həyatlarında kömək olacaq. Həm də ki, idman gəncləri pis vərdişlərdən uzaq saxlayır, vaxtını səmərəli keçirirsən. Məsələnin digər tərəfi Azərbaycanı təmsil etmək, onun bayrağını ucaltmaq imkanıdı. Necə ki, bu il qızlarımız dörd dəfə bayrağımızı yüksəldib, onun himnini səsləndiriblər. Valideynlər çəkinməsinlər, qorxmasınlar. Əksinə, onlarda idmana həvəs varsa, təkan vermək lazımdı. Vaxtında anam mənə bu təkanı verdi. İndi də anamın bu dəstəyi davam edir. Anam mənim tələbələrimlə hər gün maraqlanır, onları evə çağırır, yemək hazırlayır. Hər bir övlad üçün valideynin dəstəyi çox önəmlidi.



- Sizcə, Azərbaycanda güləşin bundan da çox inkişaf etməsi üçün daha nələr etməliyik?
- Azərbaycanda idmanın şahı elə güləş sayılır. İndi də zirvədəyik. Həm nəticələr, həm də populyarlıq baxımından bu belədi. Uşaq idmanını inkişaf etdirməliyik. Bu gün həm sərbəst güləşdə, həm Yunan-Roma, həm də qadın güləşində öz imzasını qoymuş idmançılarımız var. Onların davamçılarını görmək istəyiriksə, uşaq idmanına diqqət göstərməliyik. Əminliklə deyirəm ki, bu gün Azərbaycan Güləş Federasiyası tərəfindən bütün lazımı tədbirlər görülür. Zonalararası yarışlar keçirilir, bu yarışların iştirakçılarının say çoxluğu Azərbaycanda güləşə olan marağın və dəstəyin göstiricisidi. Düzdü, qızların axını tam istənilən səviyyədə deyil. Çalışırıq, təbliğat aparırıq ki, qızların güləşə gəlişi daha da artsın. Bu say azlığına baxmayaraq əldə etdiyimiz nəticələr ürəkaçandı.

İLKİN SULTANLI

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi”


Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

7-08-2022, 22:0

Fəridə Əzizova: “İdmanla məşğul olmağa həkim məsləhəti ilə başlamışam” - LAYİHƏ

İdman

26-05-2022, 21:0

Yığmamızın təlim-məşq toplanışı davam edir

İdman

29-07-2022, 13:0

Gəncə şəhərində cüdo üzrə "ustad dərsi" keçirilib

Layihə / Manşet

31-07-2022, 23:0

Təhmasib İsayev: “Klublar idmançıları öz öhdəsinə götürməlidi ki, valideynlərə və federasiyaya yük düşməsin” - LAYİHƏ

İdman

18-06-2022, 10:0

Qadın güləşində rekord göstərici

Layihə / Manşet

19-06-2022, 23:0

“Yaşıdlarım gəlinciklə oynayanda mən oğlanlarla futbol oynayırdım” - LAYİHƏ

Aktual
“Anşlaq yalnız “İmarət Tayfa”nın üzərinə düşən vəzifə deyil” – “Azərsun Arena”da nə olacaq?
“Mükafatlandırma mərasimi Azərbaycan səviyyəsində keçiriləcək” – “Qarabağ”dan açıqlama
“Hər yerdə “Neftçi”nin veteranı kimi oynamışam, amma bu dəfə...” - Yunis Hüseynovdan çağırış
"Məşqçi məşqçinin işi haqda fikir bildirməz" – Diniyev qovulan həmkarı haqda
“Sumqayıt” Vaqif Cavadova cəmi dörd gün güvəndi!
Bu gün Təbrizdə bayram yaşanacaq – pulsuz-parasız...
Son xəbərlər
  • Dünən, 23:59
    Qvardiola Virtsə nə təklif edib?
  • Dünən, 23:19
    “Monako”da oynayacağı rəsmən açıqlandı
  • Dünən, 22:53
    Türkiyə superkubokunda kimlər qarşılaşacaq?
  • Dünən, 22:31
    ''Ayaks'' çempion olmaq istəmir?
  • Dünən, 22:10
    Lider üçün asan gəzinti
  • Dünən, 21:59
    Final və 3-cü yer uğrunda oyunun yeri - Region Liqası
  • Dünən, 21:38
    "Qəbələ" mükafatlandırıldı
  • Dünən, 21:17
    Ölkə kubokunun final oyununun biletləri satışda
  • Dünən, 20:55
    “Anşlaq yalnız “İmarət Tayfa”nın üzərinə düşən vəzifə deyil” – “Azərsun Arena”da nə olacaq?
  • Dünən, 20:26
    ''Qalatasaray'', Okan Buruk və Osimhen üçün tarixi final!
  • Dünən, 19:57
    Almaniyada qalacaq, yoxsa?
  • Dünən, 19:28
    Mbappe yenə tarix yazdı, ''Barsa''nın çempionluğu bir günlüyə təxirə düşdü
  • Dünən, 18:51
    FİFA-nın planı açıqlandı
  • Dünən, 18:20
    ''Fənərbaxça''nı ÇL-in təsnifatında hansı təhlükə gözləyir?
  • Dünən, 17:59
    Liqa 1-də pley-off sistemi tətbiq olunacaq?
  • Dünən, 17:28
    “Mükafatlandırma mərasimi Azərbaycan səviyyəsində keçiriləcək” – “Qarabağ”dan açıqlama
  • Dünən, 16:57
    “Hər yerdə “Neftçi”nin veteranı kimi oynamışam, amma bu dəfə...” - Yunis Hüseynovdan çağırış
  • Dünən, 16:36
    ''Trabzonspor'' medal almağa çıxmadı!
  • Dünən, 16:15
    Şahmatçımız Kubada liderlər arasında
  • Dünən, 15:57
    Bakıda “Məşqçi təlimi” mübadiləsi proqramı
  • Dünən, 15:38
    “Mahir Emreli gedib “Yuventus” və PSJ-də oynayan deyil” – bəs hara getsin?
  • Dünən, 15:17
    7 qol və …“Barsa” finala həsrət qaldı - İCMAL
  • Dünən, 14:57
    “Kəpəz” bir qolla daha bir pillə irəlilədi - REPORTAJ
  • Dünən, 14:38
    “Səbail” əcəldən qaça bilmədi - REPORTAJ
  • Dünən, 14:19
    ''Fənər'' öz yetirməsini 20 milyondan aşağı satmaq istəmir
  • Dünən, 14:00
    "Məşqçi məşqçinin işi haqda fikir bildirməz" – Diniyev qovulan həmkarı haqda
  • Dünən, 13:49
    Millimizin Dünya kubokunun seçmə mərhələsi üçün heyəti
  • Dünən, 13:38
    İkardinin yeni sevgilisi Türkiyədə yaşadıqları barədə nələr dedi?
  • Dünən, 13:27
    Sərgən Yalçın ''Qalatasaray''ı nəyə görə tənqid etdi?
  • Dünən, 13:16
    Şahmatçılarımız “Sharjah Masters”də
  • Dünən, 13:05
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Dünən, 12:54
    Sabiq çempion 3-cü diviziona düşdü
  • Dünən, 12:43
    7 ölkə 3-cü MDB Oyunlarında iştirakını rəsmən təsdiqlədi
  • Dünən, 12:32
    “Sumqayıt” Vaqif Cavadova cəmi dörd gün güvəndi!
  • Dünən, 12:21
    Bu gün Təbrizdə bayram yaşanacaq – pulsuz-parasız...
Daha çox
Oxunub: 1 648
Juninyo “Qarabağ”a qayıdır? – bu addımıyla müzakirə yaratdı!
Oxunub: 834
“Qarabağ”dan Qurban Qurbanovun məmnun qalmadığı legionerə vida – daha yaxşısı lazımdı!
Oxunub: 570
Arif Əsədovdan "Sumqayıt"ın baş məşqçisi olacağıyla bağlı gözlənilməz açıqlama
Oxunub: 539
"Səbail" 1-ci liqayla bağlı qərarını verdi, baş məşqçisi bəlli oldu - təcili xəbər
Oxunub: 331
"Neftçi" gözlənilən xəbəri açıqladı - "qara siyahı"da xeyli futbolçu var
Oxunub: 272
Tərlan Əhmədov, Adil Şükürov, İndi də Azər Bağırov?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə