• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Azərbaycan bayrağını Olimpiadada yüksəltmək mənim üçün əsas hədəfdi” – LAYİHƏ

Layihə

11-09-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Növbəti müsahibimiz Qurban Qurbanovdu. Amma məşqçi Qurban Qurbanov yox, onun güləşçi adaşı. Qurban Qurbanov gənc olmasına baxmayaraq, güləşdə sözünü deməyi bacarıb. Həmsöhbətimiz dünya və Avropa çempionatlarında mükafatlar qazanmağı, fəxri kürsünün yüksək pillələrinə qalxmağı bacarıb. Onunla söhbətdə həm güləşə gəlişindən danışdıq, həm də gələcək planlarına toxunduq. Sözsüz, mövzumuza uyğun olaraq güləşə başlayarkən hansı çətinliklərlə qarşılaşdığını və bu yolda ilk addımlarını atanlara nə demək istədiyini də soruşduq.

- Qurban, əvvəlcə güləşə gəlişindən danışaq. Necə oldu güləşə gəldin? İlk məşqçin kim olub?
- Mən Kürdəmir rayonundanam. Bu rayonun Muradxan kəndində dünyaya göz açmışam. Elə güləşlə məşğul olmağa da doğma kəndimizdə başlamışam. İlk məşqçim də Şərif Səlimov olub. Güləşçi kimi ilk addımlarımı onun yanında atmışam, bu idman növünün sirlərini mənə öyrədən ilk şəxs də Şərif müəllimdi. Sonradan isə Respublika Olimpiya-İdman Liseyinə qəbul olunmuşam və həm təhsilimi, həm də məşqlərimi orda davam etdirmişəm. Sözsüz, bir idmançı kimi püxtələşməyimdə həmin liseyin və orda çalışan məşqçi-müəllimlərin də əhəmiyyətli rolu olub.

- Karyerana nəzər salanda iştirak etdiyin yarışların, qazandığın mükafatların siyahısının geniş olduğunu görürük. İstərdik ki, bu haqda özün də danışasan. İndiyə qədər hansı yarışlarda iştirak etmisən? Hansı nəticələr qazanmısan?
- Hazırda mənim 20 yaşım var və 72 kiloqram çəki dərəcəsində mübarizə aparıram. İlk ciddi uğurumu isə 2017-ci ildə qazanmışam. Həmin il yeniyetmələr arasında dünya birinciliyinin qalibi olmuşam. Mənim üçün unudulmaz olan dünya çempionatı Yunanıstanın Afina şəhərində keçirilirdi. 42 kq çəki dərəcəsində finalda ukraynalı güləşçi Gennadi Zavertaylovla qarşılaşdım. Yetərincə gərgin mübarizə alındı. Əvvəlcə 1:4 hesabıyla geri düşdüm. Lakin ruhdan düşmədim və sona qədər mübarizə apardım. Yekunda 5:4 hesabıyla qələbə qazandım və qızıl medallara layiq görüldüm. Növbəti - 2018-ci ildə həm dünya çempionatının, həm də Avropa çempionatının mükafatçısı oldum. 2019-cu ildə Bakıda keçirilən Olimpiya festivalının qalibi adını qazandım. 2020-ci ildə pandemiya hamımızın planlarını əngəllədi. 2012-ci ildə isə gənclər arasında Avropa çempionatında ikinci oldum. Eyni ildə MDB ölkələri arasında keçirilən turnirdə gümüş medalları qazandım. Həmin turnir MDB Oyunları adlanırdı. Bu il isə həm Avropa çempionatının ikincisi, həm də dünya birinciliyinin qalibi olmuşam. Romada keçirilən Avropa çempionatında finala qədər inamlı çıxış etdim. Bütün rəqiblərimə böyük üstünlüklə qalib gəldim. Təəssüf ki, həlledici qarşılaşmada macar Attila Toesmaqiyə məğlub oldum.

- Bundan sonra hansı hədəflərə çatmağı arzulayırsız?
- Mən bütün yarışlara qalib olmaq üçün yollanıram. İstər dünya çempionatı olsun, istərsə də Avropa. Sözsüz, gələcəkdə Olimpiya Oyunlarına qatılmaq və orda ölkəmizi layiqincə təmsil etmək istəyirəm. Azərbaycan bayrağını Olimpiadada yüksəltmək mənim üçün əsas hədəfdi. Yaxın planda da müəyyən hədəflərim var ki, əvvəlcə onlara çatmalıyam. Artıq məşqləri bərpa etmişik. Tezliklə 23 yaşlılar arasında dünya çempionatı keçiriləcək və mən də ora hazırlaşıram. Sözsüz, milli komandaya düşmək, Azərbaycanı təmsil etmək üçün də buna layiq olmalı, rəqabətdən qalib çıxmalıyam. Buna görə də ən yaxın hədəfim kimi komandaya düşməyi göstərərdim.

- Qurban, güləşlə məşğul olmağa başlayarkən hansı çətinliklərlə qarşılaşdın?
- 2012-ci ildə 4-cü sinifi bitirdim və Respublika Olimpiya-İdman Liseyinə qəbul olunmuşam. Ən böyük çətinlik də həmin vaxt qarşıma çıxdı. Yaşımız xeyli az idi, evdən uzaq düşmək bizim üçün xeyli çətin oldu. Bizim üçün yeni mühit, hətta deyərdim ki, yeni bir ailə idi. Qarşılaşdığım ən böyük çətinlik kimi bunu deyə bilərəm. Evdən ötrü darıxırdım. Sözün düzü, mənim üçün əsas çətinlik bu idi. Allaha şükür, başqa bir çətinlik çəkməmişəm, məşqlərə böyük həvəslə qatılmışam, öz üzərimdə daim çalışmışam.

- Təhsil və idman bir araya sığırmı? İdmanla məşğul olmaq oxumağa mane olurmu?
- Bəli, etiraf etmək lazımdı ki, idmanla məşğul olmaq oxumağa müəyyən qədər mane olur. İkisini bir arada aparmaq xeyli çətindi. Mən Respublika Olimpiya-İdman Liseyini bitirmişəm, daha sonra da İdman Akademiyasına qəbul olunmuşam. Amma diqqətimi daha çox məşqlərimə, idmana ayırıram. Çalışıram ki, öz sahəmə, idmana aid kitablar oxuyum, boş vaxtlarımda mütailə edim. Amma bunu tam enerji ilə etmək, böyük zaman ayırmaq imkanı olmur.

- Yaşın az olsa da, güləşdə müəyyən yol keçib, özünə uyğun təcrübə qazanmısan. Hətta ciddi problemlərin öhdəsindən gəlmisən. Güləşdə ilk addımlarını atanlara və onların valideynlərinə nə demək istərdin?
- Mən daha çox valideynlərə üzümü tutmaq istəyirəm. Uşaqları tanınan, bu sahədə müəyyən dəsti-xətti olan məşqçilərin nəzarətinə vermək lazımdı. Qoy uşaqlar güləşin sirlərini onlardan öyrənsinlər. İndi hərə bir diplom alıb, müxtəlif klublarda məşq keçməyə başlayırlar. Elə adamlar var ki, heç güləşin incəliklərindən xəbərdar deyillər. Uşaqları onların yanına göndərirlər, amma məşqçi o uşaqdakı potensialı aşkarlaya bilmir, onu idmandan soyudur. Belə etmək olmaz. Məhz bunun nəticəsidi ki, istedadlar itib-batır, onlara aşkar edib, Azərbaycan idmanına qazandıra bilmirik. Potensialı olan uşaqlar məhz bacarıqlı mütəxəssisin nəzarətində inkişaf etməlidi. Əgər uşaqda potensial yoxdusa, məşqçi vaxtında valideyni xəbərdar etməlidi, həmin uşağı başqa sahəyə yönəltmək lazımdı.

- Sonda sənə özəl bir sual vermək istərdim. Adaşın Qurban Qurbanov Azərbaycanda xeyli məşhurdu. Onunla qarşılaşmısanmı? Nə vaxtsa onun qədər məşhurlaşıb, böyük uğurlar qazanmağı hədəfləyirsənmi?
- Xeyr, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla heç vaxt qarşılaşmamışam, hansısa ünsiyyətimiz olmayıb. Qurbanova Azərbaycanda çox yaxşı münasibət var, hamı tərəfindən sevilir. Bunu da azarkeşləri, xalqımızı sevindirməklə qazanıb. Gələcəkdə mən də onun kimi tanınmış, sevilən mütəxəssis olmaq istərdim.

İLKİN SULTANLI

“Azərbaycan bayrağını Olimpiadada yüksəltmək mənim üçün əsas hədəfdi”


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

14-08-2022, 22:0

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi” - LAYİHƏ

Layihə

28-08-2022, 23:0

Üçqat Avropa çempionu: “Kitab oxumağı çox sevirəm və hər kəsə bunu tövsiyyə edirəm” – LAYİHƏ

Layihə / Manşet

7-08-2022, 22:0

Fəridə Əzizova: “İdmanla məşğul olmağa həkim məsləhəti ilə başlamışam” - LAYİHƏ

Layihə / Manşet

31-07-2022, 23:0

Təhmasib İsayev: “Klublar idmançıları öz öhdəsinə götürməlidi ki, valideynlərə və federasiyaya yük düşməsin” - LAYİHƏ

Layihə / Manşet

19-06-2022, 23:0

“Yaşıdlarım gəlinciklə oynayanda mən oğlanlarla futbol oynayırdım” - LAYİHƏ

İdman

9-03-2022, 21:0

Azərbaycanlı güləşçi dünya çempionu oldu

Aktual
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Son xəbərlər
  • Bu gün, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Bu gün, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Bu gün, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Bu gün, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Bu gün, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Bu gün, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Bu gün, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Bu gün, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Bu gün, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Bu gün, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Bu gün, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Bu gün, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Bu gün, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Bu gün, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Bu gün, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Bu gün, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Bu gün, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Bu gün, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Bu gün, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Bu gün, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Bu gün, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Bu gün, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Bu gün, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Bu gün, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Bu gün, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Bu gün, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Bu gün, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • Dünən, 23:52
    Almeyda xəyanətlə üzləşib
  • Dünən, 23:31
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • Dünən, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Dünən, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Dünən, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Dünən, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Dünən, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Dünən, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
Daha çox
Oxunub: 593
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 267
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə