• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Təhmasib İsayev: “Klublar idmançıları öz öhdəsinə götürməlidi ki, valideynlərə və federasiyaya yük düşməsin” - LAYİHƏ

Layihə / Manşet

31-07-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edirik.

Bu dəfəki yazımızda sizi sərbəst güləş üzrə məşqçi Təhmasib İsayevin fikirləri ilə tanış edəcəyik.

Təhmasib İsayev: “Klublar idmançıları öz öhdəsinə götürməlidi ki, valideynlərə və federasiyaya yük düşməsin”


- Təhmasib bəy, əvvəlcə sizi oxucularımıza daha yaxından tanıdaq. Güləşə gəlişiniz necə oldu? Güləşçi kimi hansı uğurları qazanmısız?
- Obrazlı desəm, mən güləşə gəlməmişəm. Elə özüm də güləşçi ailəsində dünaya göz açmışam. Atam Qurbanəli İsayev özü güləşçidi. Daha çox Qurban İsayev kimi tanınır. Keçmiş SSR-nin əməkdar məşqçisidi. Əmim Azər İsayev isə 1985-ci ildə İtaliyanın Bolonya şəhərində gənclərin Avropa çempionu adını da qazanıb. Mən özüm də həmin ilin mayında, Masallı rayonunda dünyaya gəlmişəm. Bu da gələcək həyat yoluma təsir göstərib, gözümü açandan güləş aləminin içində olmuşam. Təəssüf ki, aldığım zədə karyeramın uzun müddət davam etməsinə imkan verməyib. 16 yaşımda güləşlə bir idmançı kimi vidalaşdım. Ona qədər bir sıra beynəlxalq turnirlərdə mükafatçılar sırasına düşmüşdüm. Təbriz də Tiflis şəhərlərindəki turnirlərdə nəticələrim olub. Eləcə də ölkədaxili yarışlarda fərqlənməyi bacarmışam. 2002-ci ildə Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldum. Orda məşqçi-müəllim ixtisasına yiyələndim. Hərbi xidmətdən sonra isə məşqçiliyə başladım.



- Futbolda belə bir deyim var: “Heç də hər yaxşı futbolçu məşqçi ola bilməz”. Bəs güləşdə necədi? Yaxşı məşqçi olmaq üçün nə lazımdı?
- Bəli, düzgün qeyd etdiz. Eləcə də hər yaxşı güləşəndən yaxşı məşqçi olmur. Əsas səbəb odu ki, xüsusən də uşaq məşqçisi uşaqların psixologiyasına bələd olmalı, onların psixologiyasını yaxşı bilməlidi. Vacibdi ki, hər bir uşağa individual yanaşa biləsən. Hər uşaqdan eyni şeyi tələb etmək olmaz. Yaxşı məşqçi olmaq üçün səbr vacib şərtdi. Belə hallarla çox rastlaşmışam. Bəzən olur ki, bir-iki ildən sonra məşqçilər öz karyeralarını bitirirlər, başqa sahəyə yönəlirlər. Mən ilk dəfə məşq üçün qrup yığanda orda 36 uşaq var idi. Növbəti məşqdə bu say altıya düşdü. Sonra hətta məşqə iki nəfər gəldi. Amma mən öz işimi sevirdim, israrla məşqlərə davam etdim. Yavaş-yavaş tələbələrim nəticə verməyə başladı, mən də ad qazandım. Beləcə valideynlər bizə etimad göstərməyə, uşaqlarını yanımıza göndərməyə başladılar. Pedaqoq olmaq, uşaqların psixologiyasını bilmək çox vacibdi. Güləşin baza hissəni bilmək şərtiylə. Başlanğıc mərhələdə uşaqları düzgün istiqamətləndirmək, fiziki durumu qiymətləndirmək lazımdı ki, uşaqların səhhətində problemlər yaranmasın. Bizim tutduğumuz düzgün yolun nəticəsidi ki, yetirmələrimiz respublika səviyyəli yarışlarda uğur qazanır. Mircavad Nəbiyev yeniyetmələrin Avropa Olimpiya Festivalının bürün medalçısıdı. Zəfər Əliyev bu yaxınlarda Yunanıstanda gənclərin Avropa birinciliyinin qalibi oldu.



- Bəs güləşçilərdən nə tələb olunur? Siz tələbə qəbul edəndə nələrə diqqət edirsiz?
- Əsas diqqəti uşağın sağlıq durumuna yönəldirik. Fiziki qüsurlar olmasın. Uşaqların çəkisinə, boyuna görə ayrımçılıq etmirik. Bəzən valideynlər uşağı məşqə gətirir və qəti şəkildə deyir ki, mənim oğlumdan yaxşı güləşçi çıxacaq. Onlar bu nəticəyə uşağın boy-buxununa görə gəlirlər. Yaxud da, güləşçilərin boyunun artmamasından qorxanlar da var. Bu cür sterotiplər yaranmışdı. Biz valideynlərə izah edirik ki, belə bir bağlılıq ola bilməz. Azərbaycanda əsasən aşağı çəkidə nəticələr qazanılıb. Namiq Abdullayev də aşağı çəkidə uğurlu olub. Ona görə də düşünürdülər ki, boyun, çəkinin nəticəyə təsiri var. Amma belə deyil. Biz işimizlə göstərmişik ki, boyu uca, çəkisi yüksək olanlar da uğur qazana bilər. Yetər ki, onlara boyuna, çəkisinə uyğun yükləmələr, məşqlər verəsən. Bariz nümunələri Türkiyədə görmüşəm. Orda ağır çəkili güləşçiləri daha çox stimullaşdırırlar, onlara artıq mükafatlar verirlər. Siz güləşi izləyəndə görərsiz ki, həm sərbəst güləşdə, həm Yunan-Roma güləşində türk güləşçilərin ağır çəkililəri söz sahibidi. Uşaqların qəbulu zamanı fiziki qüsurun olmaması yetərlidi. Güləşçi olmaq istəyənin xarakteri olmalıdı, məşqlərə həvəslə gəlməlidi. Bir də ki, valideynin uşağa dəstəyi olmalıdı. Valideyn məğlub olanda da, qələbə qazananda da uşaqlara dəstək verməlidi. Uşaq evdən, ailədən güc almalıdı.



- Hazırkı gənc və yeniyetmə güləşçilərin səviyyəsi, məşqlərə münasibəti sizi qane edirmi? Onların hansı nöqsanı sizi daha çox narahat edir?
Əlbəttə, qane edir. Amma bir problem var. Uşaqların böyük əksəriyyəti məktəblə yanaşı müxtəlif hazırlıq məşğələlərinə gedirlər. Uşaqların beynəlxalq arenalara çıxışı əsasən 14-15 yaşdan sonra olur. Biz də o yaşa qədər uşaqların üzərində böyük zəhmət çəkirik. Uşaqlar idmanda söz sahibi olmağa başlayanda ali məktəbə qəbul üçün hazırlıqlara getməyə başlayırlar. Bu problem təkcə güləşdə deyil, digər növlərdə də var. İllərlə zəhmət çəkirsən, amma bu yaş mərhələsində uşaq idmandan uzaqlaşmağa başlayır. Valideynlər uşaqları məşqlərdən uzaqlaşdırmağa başlayırlar. Düzgün proqramlaşdırılsa, rejim seçilsə, hansısa problem yaşanmaz. Mənim tələbələrim olub ki, həm dərslərini yaxşı oxuyublar, həm də məşqlərə davam ediblər. Bu ondan xəbər verir ki, düzgün rejimin köməyi ilə idmandan uzaq düşməmək olur. İstedadlı gənclərimiz düzgün istiqamətləndirilsələr, böyük nəticələr əldə edə bilərlər.



- Çox maraqlı məqama toxunduz. Biz daha nələr etməliyik ki, Azərbaycanın güləş məktəbini, onun yetirmələrini bundan da yaxşı vəziyyətə gətirək?
- Məncə, hazırkı vəziyyətimizi də qənaətbəxş hesab etmək olar. Bir çox beynəlxalq uğurlarımız bunun göstəricisidi. Amma müasir dünyada bir çox yeniliklər var. İdman avadanlıqları yenilənib, müxtəlif texnologiyalar tətbiq olunur. Bu da fiziki və texniki keyfiyyətləri artırmağa hesablanıb. Biz də bununla ayaqlaşmalıyıq. Həm Bakıda, həm də rayonlarımızda yaxşı şəraiti olan idman zallarımız olmalıdı. Trenajordan tutmuş idman döşəklərinə qədər keyfiyyətli olmalıdı. Təəssüf ki, baxımdan bir az geri qalırıq. Elə bizim Masallı rayonunda da bu problemlər var. İdmançıların məşq şəraiti yaxşılaşdırılsa, daha yaxşı səviyyəyə gələrik. Bir də ki, klublaşdırılma olmalıdı. Belə olsa, idmançıların yükü valideynlərin və federasiyanın üzərinə düşməz. Aydın məsələdi ki, gənc və böyük yaşdakı güləşçilərin hamısını federasiya öz üzərinə götürə bilməz. Türkiyədə hər bələdiyyənin özünün güləş klubu var. O güləş klubları idmançılara maaş verir, liqalar keçirilir. Klublar bütün bunları maliyyələşdirir. Belədə idmançılar da güləşi tərk edib, başqa sahələrə yönəlmirlər. Yığma komandada kimlər maaş alır, onlar güləşə davam edə bilir. Bu da kütləviliyə təsir edir. Nə qədər çox rəqabət olsa, bu da keyfiyyətə və nəticələrə təsir göstərir.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman

27-07-2022, 16:0

DÇ-də iştirak edəcək sərbəst güləşçilər müəyyənləşdi

İdman

1-06-2022, 18:0

Yığmalarımız Avropa çempionatına bölgələrdə hazırlaşırlar

İdman

17-06-2022, 10:0

Azərbaycanlı güləşçi erməni ilə qarşılaşacaq - YENİLƏNİR

Aktual
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
Son xəbərlər
  • Bu gün, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Bu gün, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Bu gün, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Bu gün, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Bu gün, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Bu gün, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Bu gün, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Bu gün, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 217
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 196
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 176
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə