• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Üçqat Avropa çempionu: “Kitab oxumağı çox sevirəm və hər kəsə bunu tövsiyyə edirəm” – LAYİHƏ

Layihə

28-08-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Layihə çərçivəsində futbolla yanaşı, başqa idman növlərinin təmsilçilərinə də diqqət ayırmağa çalışırıq. Elə budəfəki yazımızda da müsahibimiz güləşçidi. Gənc güləşçi Fərahim Mustafayevlə söhbətdə bir çox maraqlı məqamlara toxunmuşuq.

- Fərahim bəy, əvvəlcə güləşə necə gəlməyinizdən danışaq. Güləşdə ilk addımlarınızı necə atdız? İlk məşqçiniz kim oldu?
- Güləşə ilk addımlarımı 2015-ci ildə atmışam. Valideynlərimin də köməyi ilə həmin il Respublika Olimpiya-İdman Liseyinə qəbul olundum. İmtahanlara hazırlaşmaq üçün təxminən bir ay əvvəldən öz üzərimdə çalışmağa başlamışdım. İlk məşqçim Nazim Əhmədovdu, onun zəhmətini heç vaxt unutmaram. Mənim qazandığım hər uğurda onun payı var. Qatıldığım ilk yarışdaca üçüncü oldum, bürünc medal qazandım. Bu da mənim üçün böyük motivasiya idi. Ondan sonra hər bir yarışa çıxanda qarşıma məqsəd qoyurdum ki, mükafatçılardan biri olum, medal qazanım. Beləcə özümə qarşı daha da tələbkar olurdum, qarşıma ancaq qızıl medal qazanmaq məqsədi qoyurdum. Şükürlər olsun ki, bu arzularıma da çatırdım.



- İştirak etdiyiniz yarışlar hansılardı, hansı titulları qazanmısız? Bundan sonra qarşınızda hansı məqsədlər var?
- Bir çox Avropa və dünya səviyyəli yarışlarda, turnirlərdə iştirak etmişəm. İlk titulumu 2019-cu ildə Polşada keçirilən Avropa çempionatında qazanmışam. Həmin vaxt 38 kiloqram çəki dərəcəsində yarışırdım. O yarışda bütün rəqiblərimə qalib gələrək qitə çempionu adını qazandım. Növbəti il koronavirus pandemiyasına görə bütün yarışlar təxirə salındı. 2021-ci ildə Avropa çempionatı Bolqarıstanda keçirildi. 48 kiloqram çəki dərəcəsində bütün rəqiblərimə qalib gəldim və yenidən Avropa çempionu adını qazandım. Bu yarışdan sonra Macarıstanda keçirilən dünya çempionatına qatıldım. Dünya çempionatında mükafatım bürünc medal oldu. Türkiyəli güləşçi ilə görüşümdə hakimlər səhvə yol verməsəydi, dünya çempionu adını da qazana bilərdim. 2022-ci ilin Avropa çempionatı isə Rumıniyada keçirildi. Bu dəfə də qitənin ən güclüsü adını mən qazandım. Yarışa 55 kiloqram çəki dərəcəsində qatılmışdım. Çox şadam ki, artıq bu yaşımda üçqat Avropa çempionu adını qazana bilmişəm. Bununla yanaşı, iki dəfə dünya çempionatının mükafatçısı olmağı da bacarmışam. Bu il İtaliyanın Roma şəhərində keçirilən dünya çempionatında finala yüksəldim. Çox təəssüf ki, həlledici görüşdə bəzi səhvlərə yol verdim, buna görə də gümüş medalla kifayətləndim. Yenə də Allahıma şükürlər edirəm, hədəflərə çatmaq üçün çalışıram. Artıq 20 yaşlılar, yəni gənclər arasında güləşəcəm. Məqsədim dəyişməzdi, hansı çəkidə güləşirəmsə, o çəkidə də qalib adını qazanmağa çalışıram. Bundan sonrakı hədəfim kişilər arasında Avropa və dünya, eləcə də Olimpiya çempionu olmaqdı. İnşallah, məşqlərdə səylə çalışıb, bu hədəflərimə də çatmaq üçün əlimdən gələni edəcəm.



- Qeyd etdin ki, liseyinə qəbul olunarkən valideynlərin sənə yol göstərdi, dəstək verdilər. Bəzən valideynlər övladları ilə bağlı seçim qarşısında qalır, təhsili, yoxsa idmanı seçmək barədə düşünürlər. Siz belə seçim etməli olmusuzmu? Ümumiyyətlə, idmanla davamlı məşğul olmaq təhsil almağa mane olurmu?
- Valideynlərim də yaxşı başa düşürdü ki, idman təmayüllü liseyə qəbul olunuramsa, daha çox idmana üstünlük verəcəm. Düzdü, onlar bu mənada mənə hansısa təzyiq göstərməyib. Amma hər valideyn istəyər ki, övladı yaxşı təhsil alsın, eləcə də idmanla məşğul olsun. Sözsüz, ikisini bir araya sığdırmaq çox çətindi. Həm təhsil almaq, həm də məşqlərdə yüksək səviyyədə çalışmaq asan iş deyil. Bəzən elə olur ki, gündə iki dəfə məşq etməli olursan, hətta üç dəfə məşqə çıxdığımız günlər olur. Belə olanda da oxumağa, ümumiyyətlə, vaxt qalmır. Boş vaxlarımızda çalışırıq ki, dincələk, yataq. Səhər məşqindən sonra yatmalısan ki, axşam məşqinə də qədər bərpa olunasan, yaxşı məşq edəsən. Mən özüm kitab oxumağı, öyrənməyi çox sevirəm. Gündə bir məşqimiz olanda, yaxud da bazar günləri mütləq kitab oxuyuram. Bütün idmançılara, xüsusən də yaşda bizdən kiçik olanlara tövsiyyə edərdim ki, boş vaxtlarında mütləq kitab oxusunlar.



- Elə bu sualımın davamı kimi soruşmaq istərdim. Bir güləşçi kimi indiyədək hansı çətinliklərlə üzləşmisiz? Güləşdə ilk addımlarını atan idmançılara hansı sözünüz, məsləhətiniz var ki, onlar da o çətinliklərə qalib gələ bilsinlər?
- Təkcə güləşdə yox, idmanın bütün sahələrində ən çətin işlərdən biri çəki salmaqdı. Çəkisalma prosesi çox ağır işdi. Çəkini düzgün salmalısan ki, yarışlarda da yaxşı güləşə biləsən. Çəkini düzgün salmasan məşqdə qoyduğun gücü yarışda qoya bilmirsən. Qolların gücdən düşür, nəfəs almaq da çətinləşir. Ona görə də bu prosesə çox ciddi yanaşmaq lazımdı. Yarışlarda uduzanda psixoloji gərginlik keçirsən, toparlanmaq çətin olur. İdmanda ilk addımlarını atanlara da sözüm odu ki, bu məqamlara diqqət etsinlər. Məşqlərdə diqqətli olsunlar, fikirlərini məhz buna cəmləsinlər. Uduzanda “boşalmaq” olmaz. Fikiləşməsinlər ki, onlarda alınmayacaq. Elə idmançılar var ki, 17-18 yaşına qədər nəticə vermir, amma kişilər arasında uğur qazanır. Səylə çalışmaq lazımdı. Allah da bu zəhməti heç vaxt yerdə qoymur, gec-tez öz mükafatını alırsan, zəhmətin yerdə qalmır.



- İdmançı valideynlərinə nə demək istərdiz? Onlar idmançı övladlarına necə dəstək olsunlar?
- Bilirsiz ki, idmançılar daim təlim-məşq toplanışlarında olurlar, orda mütəxəssislər istirahətə və qidalanmaya nəzarət edirlər. Uşaqlar evdə olanda da valideynlər bu məqama diqqət etməlidilər. Qidalanma və istirahət rejimi qorunsa, çox yaxşı olar. İdmançı yarışda uduzanda da onun yanında olmaq, dəstək vermək lazımdı. Uşaq bir dəfə uduzursa, o demək deyil ki, həmişə uduzacaq. Belə bir dəstək uşaq üçün çox vacibdi. Eyni zamanda da uşaq Avropa və ya dünya çempionatında mükafat qazanırsa, bu uğuru çox şişirtmək lazım deyil. Belədə eyforiyaya qapanan uşaq idmandan doya bilər. Fikirləşər ki, mən zirvəyə çatmışam. Başa düşmək lazımdı ki, təkcə sən məşq edib, yarışa hazırlaşmırsan. Başqaları da bunu edir. Bir il sən ən güclü olarsan, gələn il digər idmançı. Bir dəfə kürsüyə qalxdın və ordan düşdünsə, artıq gələn yarışı düşünməyə başlamalısan. Valideynlər də bu məqamlara diqqət göstərməlidi, daim uşaqlarla söhbət aparmaq lazımdı. Öz ürəyində fikirləşib, uşaqla fəxr edə bilərsən, amma onu şişirtmək düzgün deyil. Valideyn uşağa izah etməlidi ki, qarşına digər məqsədi qoyub, ona doğru getməlisən və bunun üçün çalışmalısan.

İLKİN SULTANLI

Üçqat Avropa çempionu: “Kitab oxumağı çox sevirəm və hər kəsə bunu tövsiyyə edirəm”


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

31-07-2022, 23:0

Təhmasib İsayev: “Klublar idmançıları öz öhdəsinə götürməlidi ki, valideynlərə və federasiyaya yük düşməsin” - LAYİHƏ

Layihə / Manşet

19-06-2022, 23:0

“Yaşıdlarım gəlinciklə oynayanda mən oğlanlarla futbol oynayırdım” - LAYİHƏ

Layihə / Manşet

14-08-2022, 22:0

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi” - LAYİHƏ

Layihə / Manşet

29-05-2022, 22:0

“Uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər” – LAYİHƏ

Layihə / Manşet

7-08-2022, 22:0

Fəridə Əzizova: “İdmanla məşğul olmağa həkim məsləhəti ilə başlamışam” - LAYİHƏ

Ölkə futbolu / Layihə

10-04-2022, 23:0

Nuqzar Kvirtiya: “Gürcü uşaqlar futbola Avropada oynamaq arzusuyla gəlirlər” - LAYİHƏ

Aktual
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
Son xəbərlər
  • Bu gün, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Bu gün, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Bu gün, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Bu gün, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Bu gün, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Bu gün, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Bu gün, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Bu gün, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 217
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 196
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 176
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə