• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yığma komandanın sabiq baş məşqçisi: “Badmintonda da hər bir uşağa fərdi yanaşılmalıdı” - LAYİHƏ

İdman / Layihə / Manşet

13-11-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bu dəfə diqqətii badmintona yönəltmişik. Çünki hazırda Azərbaycan badmintonunun 60 illik yubileyi qeyd olunur. Müsahibimiz isə badminton üzrə yığma komandanın sabiq baş məşqçisi, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Ceyhun Məmmədəliyevdi.

- Ceyhun müəllim, ilk sualım Azərbaycanda badminton idman növünün tarixi, eləcə də hazırkı vəziyyəti ilə bağlıdı. Hazırda ölkəmizdə badmintona maraq necədi, hansı komandalar var?
- Söz tarixdən düşdüsə, gəlin, əvvəlcə badmintonun tarixinə nəzər yetirəcək. Badminton bir idman növü kimi qədim Malayyada yaranmış, daha sonra Asiyanın bir çox ölkəsinə yayılmışdı. 1873-cü ildə Hindistandan İngiltərəyə - Badminton şəhərinə gələn hersoq Berfot öz malikanəsində badminton yarışları təşkil edib. Bu idmanın yaranması məhz həmin tarixdən götürülür. Badmintonun digər adı isə volandı. Hazırda badmintonun oynandığı top volan adlanır. Badminton oyunu tor ilə iki hissəyə bölünmüş düzbucaqlı meydançada keçirilir. Torun hündürlüyü 1 metr 55 santimetr olur. Meydançanın ölçüləri qoşa oynayanlar üçün uzunluğu 13 metr 40 santimetr, eni 6 metr 10 santimetr, tək-tək oynayanlar üçün isə uzunluğu 13 metr 40 sm, eni 5 metr 20 santimetrdi. Tək-tək oynayanlar üçün meydançanın eni 5,18 metr olmalıdı. Azərbaycanda badmintonun yaranması XX əsrin ikinci yarısına təsadüf edir. 1957-ci ildə dünya gənclər və tələbələrin festivalında badminton idman növü ilə tanışlıq olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti mərhum Nazim Əliyev badmintonun sirləri ilə tanış olub və Azərbaycanda badmintonun əsasını qoyub. 5 il sonra – 1962-ci ildə Bakıda ilk badminton çempionatı keçirilib. Bir il sonra Azərbaycan Badminton Federasiyası (ABF) təsis edilib. Azərbaycanda badminton idman novü fəaliyyətə başlayan andan inkişafa aparan yolda Lado Mehdiyev, Qardaşxan Adiyev, Oqtay Rzayev, İlyas Bayramov, Mahmud Məmmədov, Mirzə Orucov, Cavanşir Əlizadə, Nərgiz Mehdiyeva və adını çəkmədiyim badminton mütəxəssislərinin istər idmançı, məsqçi, eləcədə hakim kimi böyük xidmətləri olub. Azərbaycanda bu idman sahəsinin əsas inkişafı XXI əsrin ilk onilliyindən sonra başlayıb. ABF-nin prezidentlərini də qeyd etmək lazımdı. Onların hər biri ilə bərabər işləmək çox xoş idi, bu gün də xoşdu - Nazim Əliyev, Kamal Abdullayev, Mikayıl Cabbarov və indiki prezident Taleh Ziyadov. Artıq ölkəmiz müxtəlif yarışlarda həm komanda, həm də fərdi şəkildə təmsil olunmağa başlayıb. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında Azərbaycan badminton növü üzrə yarışlarda təmsil olunub. Baş məşqçi kimi mənim rəhbərliyim altında Kənan Rzayev və Orxan Qələndərov yarışlara qatılıb. Azərbaycan yığması badmintonda ilk dəfə 2018-ci ildə Avropa çempionatında iştirak edib. Rusiyanın Kazan şəhərində keçirilən komandalararası yarışda millimiz Almaniya, Lüksemburq və İslandiya yığmaları ilə qarşılaşıb. 2021-ci ilin yayında Edi Reski Dviçayo Azərbaycan badmintonu tarixində ilk dəfə Yay Olimpiya Oyunlarında təmsil olunub. Hazırda ölkəmizdə paytaxtla yanaşı, Sumqayıt, Quba, Qusar, Lənkaran və Gəncə şəhərlərində badminton idman növü fəaliyyət göstərir. Yarışlara əsasən şəhər və rayonların Uşaq Gənclər İdman Mətəblərinin (UGİM) idmançıları və böyüklər qatılır. İldən-ilə bu kütləvilik, maraq yüksələn xətlə inkişaf edir. İnanıram ki, tezliklə əhatə dairəsi daha da genişlənəcək, kütləvilik ən yüksək həddə çatacaq.

- Bu idman növü üzrə hansısa ölkədaxili turnirlər, çempionatlar keçirilirmi? Yeri gəlmişkən, xarici əməkdaşlıq barədə soruşum. Bu əlaqələr hansı səviyyədədi? İdmançılarımız beynəlxalq yarışlara qatılırmı?
- Badminton idman növü üzrə həm paytaxt Bakıda, həm də bölgələrimizdə yarışlar keçirilir. Az əvvəl qeyd etdiyim kimi, bu coğrafiya Sumqayıt, Quba, Qusar, Lənkəran və Gəncəni əhatə edir. Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə müxtəlif yaş kateqoriyaları üzrə, eyni zamanda da böyüklər arasında daxili birincilik və çempionatlar keçirilir. Təbii ki, həmin yarışlarda fərqlənən idmançılar Respulika birinciliyində və çempionatda iştirak hüququ qazanır, bir növ öz rayonunu bu yarışlarda təmsil edir. İdmançılarımız beynəlxalq yarılara və tədbirlərə də qatılırlar. Lakin hazırkı reallıq belədi ki, həm idmançılarımızın, həm də yarışların sayı elə də çox deyil. Azərbaycan Badminton Federasiyasının da əsas məqsədi budu ki, beynəlxalq yarışların sayı gələcəkdə artsın. Bunun sayəsində ölkəmizdə badmintona maraq da yüksəldək. Çünki xaricdə keçirilən yarışlarda Azərbaycanı təmsil etmək, bayrağımızı yüksəltmək özü də gənclər və yeniyetmələr üçün əlavə stimuldu.

- Ceyhun müəllim, badmintona olan marağın səviyyəsi sizi qane edirmi? Kütləviliyin artırılması üçün nə etməyə ehtiyac var?
- Son illərdə apardığımız müşahidələrə əsasən deyə bilərik ki, Azərbaycanda badmintona maraq yetərincə böyükdü. Azərbaycan Badminton Federasiyası tərəfindən də kütləviliyin artırılması üçün kifayət qədər tədbir keçirilib. Bəzən elə olur ki, badmintona ilk dəfə gələn uşağın valideyni badminton bölməsinə təsadüfən gədiklərini deir. Belə hallar məni həm təəccübləndirir, həm də təəssüfləndirir. Düşünürəm ki, ölkəmizdə badmintonun təbliğatı yetərincə aparılmayıb. Bu boşluğu aradan qaldırmağa ehtiyac var. Onun üçün də kütləvi informasiya vasitələrinin, ən əsası da televiziyaların imkanlarından daha artıq yararlanmalıyıq. Şəxsi qənaətim belədi ki, ölkəmizdə badmintonun təbliğatı üçün televiziyanın imkanlarından istifadə kifayət qədər deyil.

- Badmintonla məşğul olmaq, bu idman növündə uğur qazanmaq istəyən uşaqlarda hansı keyfiyyətlər olmalıdı? Həmin uşaqlar əsasən nəyə diqqət etməlidilər?
- Azərbaycan Badminton Federasiyası bu idman növüylə məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradıb. Badmintona maraq göstərən hər bir kəsin üzünə badminton bölmələrinin qapıları həmişə açıqdı. Amma bütün idman növlərində olduğu kimi, badmintonda da hər uşağa fərdi yanaşma vacibdi. İstedadlı olanlar keyfiyyətinə, qabiliyyətinə görə başqa uşaqlardan seçilir. Belə ki, daha çevik, daha cəld uşaqlar raketkadan sərbəst istifadə etdikdən sonra badminton meydançasında daha tez hərəkət edib başqalarından üstün olurlar. Bu baxımdan ən vacib məqam odu ki, məşqçi-müəllimlər bütün uşaqlara eyni məşqi keçərkən fərqlənən istedadlı uşaqları aşkar edib, onları lazımi istiqamətə yönəltməlidirlər.

- Yaxın perspektivdə uğur gözlədiyiniz idmançılarımız varmı?
- Perspektivli idmançılarımız var və onların davamı da gəlməkdədi. Həmin idmançılara, məncə, diqqətin bir az da artırılması yeniyetmə və gənc badmintonçularımızın inkişafına təkan olardı.

İLKİN SULTANLI

Yığma komandanın sabiq baş məşqçisi: “Badmintonda da hər bir uşağa fərdi yanaşılmalıdı”


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman

4-07-2022, 15:0

Həvəskarlar arasında turnir keçirilir

İdman

27-06-2022, 23:0

Naxçıvanda beynəlxalq lisenziyalı məşqçilik kursu keçirilir

İdman

23-08-2022, 15:0

Azərbaycan idmanı tarixində ilk

İdman

26-05-2022, 23:0

Tələbələr arasında badminton yarışı keçirildi - FOTOLAR

Aktual
“Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
“Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Son xəbərlər
  • Bu gün, 23:21
    "Sabah" ÇL-nin 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 22:41
    "Sabah" "Nyu Seynts"i keçsə, KuPS ilə qarşılaşacaq
  • Bu gün, 22:00
    "Qəbələ" "Kəpəz"ə qalib gəldi
  • Bu gün, 21:38
    Əfsanəvi futbolçu İFF-də işləyəcək
  • Bu gün, 21:07
    “Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
  • Bu gün, 20:46
    "Şamaxı" portuqaliyalı ilə anlaşdı
  • Bu gün, 20:30
    "Ntu Seynts" - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 20:07
    “Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
  • Bu gün, 19:47
    Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
  • Bu gün, 19:27
    Argentinalılar niyə tünd-göy formada oynamaq istəyirlər?
  • Bu gün, 18:56
    “...evdə mərhələ adlamaq gücündəyik!” – “Nyu Seynts”dən “Sabah”a meydan oxuyan paylaşım
  • Bu gün, 18:35
    "İmişli"nin rəqibləri bəlli oldu
  • Bu gün, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Bu gün, 17:40
    MY-dən daha bir transfer
  • Bu gün, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Bu gün, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Bu gün, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 226
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 203
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 143
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə