“Sabah”ın yeni futbolçusu Eyden Makkartinin sabiq klubunun – “Kayzer Çifs”in idman direktoru Kayzer Motaunq bu keçid haqda danışıb.
“Football-plus.az”ın məlumatına görə, klub rəsmisi transfer barədə bunları deyib:
“Sabah”ın sərfəli təkilifindən sonra Eydeni sərbəst buraxmaq qərarına gəldik. O, Çempionlar Liqasında çıxış edəcək. Bu məqam Eydenin özünü dünyaya tanıtması üçün önəmli fürsətdi. Ümid edirəm ki, futbolçu bu şansdan maksimum yararlanacaq. Eydenlə qürur duyuruq”.
Maraq üçün qeyd edək ki, Afrika mənbələri “Sabah”ın Eyden üçün “Kayzer Çifs”ə 720 min manat ödədiyini iddia edir. “Bayquşlar” bu futbolçunun sonrakı satışından qazanacağı məbləğin 10 faizini də Cənubi Afrika təmsilçisinə ödəməli olacaq.
KƏNAN BAHADIR