• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dünya çempionatının finalında İT menecer olacaq azərbaycanlı ilə MÜSAHİBƏ

Aktual / Manşet

26-11-2022, 17:0

Tanınmış jurnalist Ləman Ələşrəfqızı “feysbuk” hesabında DÇ-nin Braziliya - Serbiya (2:0) matçından sonra maraqlı paylaşım edib.

Onun diqqətimizi çəkən fikirlərini təqdim edirik:

“Əla oyun idi. Braziliyaya 5+. Bu öz yerində. Amma sən demə, Braziliya - Serbiya görüşünün keçirildiyi stadionda informasiya texnologiyasının quraşdırılması və istismarına Ziya adlı azərbaycanlı gənc rəhbərlik edirmiş. Afərin! Təkcə atası Rasim Nuriyev yox, biz də fəxr edirik. O gün olsun, futbolumuz da dünya çempionatına çıxsın”.


Əlbəttə, sevindirici məqamdı. Qətərdəki mundialda azərbaycanlı yüksək vəzifədə çalışır. Ləman xanımın qeyd etdiyi Rasim bəylə əlaqə saxlayıb, oğlunun nömrəsini aldıq. Ziya ilə işi və dünya çempionatı ilə bağlı söhbətləşdik.

- Əvvəlcə özünü təqdim etməyini istərdim…
- 1986-cı ildə Lənkəranda doğulmuşam. Bakıda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin informasiya texnologiyaları və idarəetmə fakültəsində ali təhsil almışam. Universitetdə həmin ixtisas üzrə magistraturaya qəbul olsam da, xaricdə təhsil almaq məqsədilə oranı yarımçıq tərk etmişəm. Hərbi xidməti başa vurandan sonra telekommunikasiya sahəsində işləmişəm. Əmək fəaliyyətinə “McDermott” şirkətində tələbə olarkən başlayıb, sonra “Berke” (Türkiyə), “Huawei” (Çin), “AzərTelecom” şirkətlərində şəbəkə mühəndisi kimi çalışmışam.

- İdman yarışlarında texnoloji təminatla məşğul olursan. Buna necə marağın yarandı?
- Layihələrin idarə edilməsinə göstərdiyim maraq məni idman yarışlarının texnoloji təminatı sahəsinə gətirdi. Bakıda keçirilən 1-ci Avropa Oyunlarında idman sahəsində fəaliyyətə başladım, sonralar 4-cü İslam Həmrəyliyi Oyunları, 5-ci Asiya Oyunları (Türkmənistan), Birlik Oyunları (Avstraliya) kimi nüfuzlu yarışların təşkilat komitəsində işlədim. Tokioya gəlməzdən öncə bir müddət “BakTelecom” (Bakı Telefon Rabitəsi İstehsalat Birliyi) şirkətinin texniki şöbə rəisi vəzifəsində çalışdım. “Tokio 2020” Yay Olimpiya və Paralimpiya Oyunları üzrə təşkilat komitəsində beynəlxalq yayın mərkəzinin texniki meneceri kimi fəaliyyət göstərdim. Burda işlədiyim şöbənin əsas vəzifələrindən biri yarışların nəticələrinin hesablanması üzrə texnologiyaların təminatı olsa da, özüm müxtəlif media və yayınçılara göstəriləcək İT və telekommunikasiya xidmətlərinə cavabdeh idim.

- Bizim üçün maraqlıdı, bu işin hansı çətinlikləri var?
- Bəzilərinə bu proses çox sadə görünə bilər, lakin idman yarışlarının keçiriləcəyi məkanların müvafiq texnologiyalarla təchizatı, bu məqsədlə orda lazımi avadanlığın quraşdırılması, onun texnoloji təminatı çox böyük layihədi və buna illərlə vaxt lazım olur. Bir çox hallarda yarışların həcmi nəzərə alınaraq, həmin idman obyektlərində mövcud infrastrukturdan istifadə edilmir və sıfırdan başlayaraq yeni infrastruktur quraşdırılır. Buna görə də həmin idman obyektlərinin yarışlar üçün hazırlanmasına bir neçə il əvvəldən başlanılır ki, bu da həmin sahə üzrə peşəkar mütəxəssislərin bir yerə toplanmasını tələb edir. Buna görə də müasir idman yarışlarına cavabdeh olan təşkilat komitələri bir neçə il əvvəl təsis edilir və müvafiq işləri həyata keçirir. Bu sahə ilə bağlı mütəxəssislər beynəlxalq səviyyəli sayılırlar və böyük idman yarışları, müxtəlif sərgilər, başqa beynəlxalq tədbirlər zamanı bu işlərə cəlb edilirlər. Təbii ki, bu zaman onların malik olduğu təcrübə və başqa tanınmış mütəxəssislər tərəfindən verilən tövsiyə mühüm rol oynayır.

- Bu sahədə səndən başqa hansısa azərbaycanlı çalışır?
- 2015-ci ildə Bakıda keçirilən 1-nci Avropa Oyunları ilə müqayisədə hazırda Azərbaycanda bu sahə üzrə mütəxəssislərin sayı xeyli artıb. Həmin yarışlar vaxtı əsasən əcnəbilər dəvət edilmişdisə, 2019-cu ildə keçirilən 15-ci Avropa Gənclər Olimpiya Festivalı zamanı əsasən yerli mütəxəssislərdən istifadə olundu. Bu o deməkdi ki, 1-ci Avropa Oyunları həm də Azərbaycanda sözügedən sahə üzrə beynəlxalq səviyyəli mütəxəssislərin yetişməsinə böyük təkan verdi.

- Qətərdəki dünya çempionatına necə cəlb olundun?
- FİFA dünya çempionatı üçün İT menecer vakansiyası elan etmişdi. Mən də müraciət etdim. Ötən ilin ortalarından burdayam. Sadəcə, mundialın sonuna kimi burda olacam. “Lusail Aykonik” stadionunda çalışıram. Burda İT menecerəm. Ümumilikdə bu arenada 10 görüş baş tutacaq. Artıq ikisi geridə qalıb. 8 qarşılaşmadan sonuncusu finaldı.

- Mediada yayılan xəbərlərə görə, Qətərdə təşkilatçılıq yaxşı olsa da, azarkeşlərlə bağlı narahatlıqlar var. Həqiqətən belədi?
- Hər şey yüksək səviyyədədi. Mediada gəzən şayiələrin 90 faizi yalandı. Bir də mən burda azərbaycanlı olaraq tək deyiləm. Onlar da eyni fikirdədi. Dünya çempionatı ilə bağlı birbaşa təşkilat komitəsində olmasalar da, müxtəlif şirkətlərdə 170-dən çox azərbaycanlı işləyir. Mən də onlardan biriyəm. Amma həqiqətən də mediada yayılan məlumatlar yalandı.

- DÇ-nin keçirildiyi ölkədə işləmək hamının arzusudu. Hansı hissləri keçirirsiz?
- Həqiqətən özümlə fəxr edirəm ki, azərbaycanlı olaraq, belə tədbirə qatılmışam. Çox məsuliyyətli vəzifəni icra edirəm. Final matçının İT işlərinə cavabdeh olacam. Bu səbəbdən də fəxr edirəm. Bütün azərbaycanlılar kimi həmişə ölkəmizin adını uca tutmağa çalışıram.

- DÇ-də hansı yığmaya azarkeşlik edirsiz?
- Yaponiyaya! Çünki Qətərdən öncə orda yaşamışam. Həqiqətən möhtəşəm və sevimli ölkədi. Onların Argentinanı məğlub etməsi məni çox sevindirdi. Ümid edirəm ki, turnirin qalibi olarlar.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

İdman

16-07-2022, 10:0

Azərbaycanlı atlet dünya çempionatının finalında

İdman

22-04-2022, 20:0

Azərbaycanlı dünya çempionatının finalında

İdman

9-03-2022, 21:0

Azərbaycanlı güləşçi dünya çempionu oldu

İdman

14-04-2022, 16:0

Millinin dünya kuboku üçün heyəti açıqlandı

Dünya futbolu

29-08-2022, 16:0

İspaniya dünya çempionu oldu

İdman

21-10-2022, 10:0

Şahmatçımız erməniyə qalib gəldi

Aktual
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
Son xəbərlər
  • Bu gün, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Bu gün, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Bu gün, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 215
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 120
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 119
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə