Hücumçu özünü doğruldaraq qol da vurdu. Lakin maraqlıdı ki, Qurbanlı formasını geyindiyi "Qarabağ"ın heyətində avrokubok oyunlarının heç birindən meydana əsas heyətdə çıxmayıb. Buna baxmayaraq, o, premyer-liqa oyunlarında qolları sıralamaqla komandasının qələbələrində böyük pay sahibi olub.
Burda görünən ziddiyyət odu ki, Qurban Qurbanovdan fərqli Canni de Byazi beynəlxalq oyunda Musaya əsas heyətdə güvənib. Maraqlıdı, futbolçu bu haqda nə düşünür? O "Qarabağ"da yox, millidə əsas heyətdə oynamasının səbəbini nədə görür? 20 yaşlı hücumçu məsələ ilə bağlı "Football-plus.az" saytına bunları dedi:
"Bunların bir-birinə zidd olduğunu deməzdim. Çünki avrokubok matçlarında az oynasam da, premyer-liqanın, demək olar ki, bütün görüşlərində iştirak etmişəm. Bu səbəbdən düşünürəm ki, milli komandaya oyun praktikası baxımından hazır gəldim. Yəni, oynamağa hazır idim. İnanıram ki, məşqçilər hər şeyin ən yaxşısını bilir. Kimi harda, nə zaman oynatmaq lazım olduğunu onlar bizdən daha yaxşı görür. Futbol elə bir oyundu ki, hər qarşılaşmada vəziyyət dəyişir. Məşqçilərimə güvənirəm. Mənin işim başımı aşağı salıb işləmək, çalışmaqdı. Meydana çıxarkən də əlimdən gələni edib həm klubuma, həm də milli komandaya faydalı olmağı düşünürəm".
ŞAİR ABDULLA




