Bəs, belə köklü dəyişikliyin səbəbi nədi? Qarşıdakı müddətdə heyəti yenidən formalaşdırmaq nə dərəcədə mümkün olacaq?
"Football-plus.az"ın suallarını "Şamaxı"nın baş məşqçisi Azər Bağırov cavabladı:
"Əlbəttə, heç kim istəməzdi ki, komandadan bu qədər çox futbolçu ayrılsın. Sadəcə, mövcud durum bunu tələb edir. Yaxşı mövsüm keçirən oyunçular məvaciblərinin artırılmasını istəyirlər. Bu da təbii haldı. Həmçinin daha sərfəli təkliflər alan futbolçular da var. Belə vəziyyət büdcəsi məhdud olan komandalara zərbə vurur. Çünki söhbət 30-40 faiz artımdan gedir. Nəticədə belə addımlar atılır. Ən qısa zamanda lazım olan transferləri edəcəyik. Bu yöndə iş gedir. Düşünürəm ki, hər şey daha yaxşı olacaq. Bunun üçün zamanımız var".
KƏNAN BAHADIR






