Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatı davam edir.
"Football-plus.az" saytının məlumatına görə, yunan-Roma güləşimiz Nihat Məmmədli final görüşünə çıxıb. 60 kq çəki dərəcəsində rəqib gürcüstanlı İrakli Dzimistraişvili olub.
Rəqibinə ilk hissədəcə tam üstünlüklə - 10:0 hesabı ilə qalib gələn Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.
Azərbaycanlı güləşçi dünya çempionu oldu
İdman




