Şahmatçımız erməniyə qalib gəldi

21.10.2022 10:53 374
İdman
İtaliyanın Sardiniya adasında şahmat üzrə gənc qızlar arasında dünya çempionatı davam edir.

"Footbal-plus.az" xəbər verir ki, Azərbaycan şahmatçısı Gövhər Beydullayeva 9-cu turda Ermənistan təmsilçisi Məryəm Mkrtçyanla qarşılaşıb.

Ağ fiqurlarla oynayan 19 yaşlı qrossmeyster 47-ci gedişdə rəqibini təslim olmağa məcbur edib. Xallarının sayını 8-ə yüksəldən Məryəm Beydullayeva ən yaxın rəqibini 1 xal qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Dünya çempionatındakı digər azərbaycanlı şahmatçı Ləman Hacıyeva isə qazaxıstanlı Assel Serikbay ilə heç-heçəyə razılaşıb. O, hazırda 6,5 xalla 6-cı pillədə yer alıb.

İsveçrə sistemi ilə keçirilən turnir 11 turdan ibarətdir. Yarışa 22 oktyabrda yekun vurulacaq.