La Liqada gözlənilən istefa

7.06.2026 23:42 13
Dünya futbolu
Miçel Sançes gözlənilən aqibəti yaşayıb.

"Football-plus.az" xəbər verir ki, “Jirona” baş məşqçi ilə yolları ayırıb. İspaniya klubunun yaydığı məlumata görə, La Liqanı tərk edən komandanın ispaniyalı məşqçisi istefaya göndərilib.

2021-ci ildə Kataloniya klubunu çalışdırmağa başlayan mütəxəssis “Jirona”nı İspaniyanın yüksək liqasına yüksəltməklə yanaşı, 2023/24 mövsümündə 3-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanmağa da nail olub.

Lakin komanda son mövsüm 38 oyuna 41 xal toplayaraq turnir cədvəlini 19-cu yerdə başa vurub və La Liqa ilə vidalaşıb.