"Football-plus.az" xəbər verir ki, “Karolina”nın qonağı olan “Veqas” ilk periodun gedişində 0:2 geri düşsə də, oyunun axarını dəyişə və buz üzərindən qalib ayrıla bildi.
Növbəti xəbər birbaşa buz üzərində yaşananlardan bəhs etməsə də, hokkeyə bağlılığı var. Söhbət ondan gedir ki, amerikalı iş adamı Melinda Frenç Qeyts “Sietl”in həmsahibi olacaq. Dünyaca məşhur milyarder Bill Qeytsin 61 yaşlı sabiq xanımı “Sietl”i və klubun ev arenasını idarə edən “One Roof Sports and Entertainment” şirkətinin minoritat səhmdarı olacaq. Hazırda bu sövdələşmənin MHL tərəfindən dəstəklənməsi gözlənilir.
Klubun ilk sahibi Devid Bonderman dünyasını dəyişəndən sonra, yəni 2024-cü ildən bəri əsas söz sahibi onun qızı Samanta Holloueydi. Frenç Qeytsin bu məsələ ilə bağlı fikri:
“Artıq illərdi Sietldə yaşayan adam kimi şəhərimizə və onun gələcəyinə investisiya qoymaq imkanı qazanmaq mənim üçün çox vacibdi. İdmanın gücünü ürəkdən inanıram. Sietlin komandalarını illərdi dəstəkləyəndən sonra şəhərin idman həyatı ilə daha sıx əlaqə yarada biləcəyimə görə sevinirəm”.
Xatırladaq ki, 2021-ci ildən MHL-də çıxış edən “Sietl” 2025/26 mövsümündə Qərb konfransında 13-cü yeri tutmaqla pley-offa vəsiqə qazana bilməyib.
final
Karolina - Veqas 4:5 (2:1, 1:2, 1:2)
Seriyada hesab – 0:1.





