Harri Maquayrın İranla oyunda niyə əvəzləndiyi məlum olub.
Buna Qaret Sautqeyt aydınlıq gətirib. İngiltərə yığmasının baş məşqçisi komandasının 6:2 hesabı ilə qalib gəldiyi matçda məcburi əvəzetməyə əl atıb:
“Ayağında problem yaşayan Harri 5-ci qolumuzdan əvvəl əvəzlənmək istədi. Matçın gedişini nəzərə alarkən onu meydanda saxlamaq mənasız idi. Onun zədəsinin elə də ciddi olmadığını düşünürəm”.