Sautqeyt risk etmədi

9.11.2022 20:12 359
DÇ 2026
Ris Ceymsin dünya çempionatında iştirakı mümkün deyil.

Bu məsələyə Qaret Sautqeyt aydınlıq gətirib. İngiltərə yığmasının baş məşqçisi müdafiəçinin səhhəti ilə bağlı risk etməyəcək. Oktyabrda dizindən zədə alan “Çelsi”nin oyunçusu DÇ-2022-də oynayacağına ümid edirdi. Sautqeytin qərarı Risi çox məyus edib. Bununla belə, futbolçu çalışdırıcının qərarına hörmət etdiyini bildirib.