64 illik həsrətə son qoydu

22.11.2022 19:12 351
DÇ 2026
Uels millisi 64 ildən sonra dünya çempionatında qol vurub.

Buna Qaret Beyl imza atıb. 33 yaşlı hücumçu ABŞ ilə matçın (1:1) 82-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Bu, Uels yığmasının 64 ildən sonra mundialda ilk qolu olub. Komanda sonuncu dəfə 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında qol vurmuşdu.