DÇ-nin qrup mərhələsinin ilk matçları keçirilir.
Football-plus.az xəbər verir ki, İngiltərə İranla qarşılaşır. Matçın 43-cü dəqiqəsində “üç aslan”ın oyunçusu Harri Maquayr Bukayo Sakaya məhsuldar ötürmə verib. Bununla da, mərkəz müdafiəçisi 1966-cı ildən dünya çempionatlarında Devid Bekhemdən (7 qol) sonra ikinci ən yaxşı assistent olub. Onun aktivində iki assist var.