Bununla bağlı qərarı yeni baş məşqçi Erik ten Haq verib. O, komandanın kapitanlıq sarğısını Harri Maquayrın daşıyacağını bildirib. Qeyd edək ki, müdafiəçi MY-də 2019-cu ildən oynayır. O, 2020-ci ilin yanvarından komandaya kapitanlıq edir. 52 yaşlı Ten Haq seçimini belə izah edib:
“Kapitan Harri Maquayr olacaq. Təbii ki, bütün futbolçuları tanımağım lazımdı və bu, bir qədər zaman alacaq. Harri artıq bir neçə ildi komandaya kapitanlıq edir. Bir çox uğura nail olub. Ona görə də bu mövzuda şübhəm yoxdu”.


