İngiltərə çempionatının “Liverpul”la oyunu İlyan Melye üçün əlamətdar olub.
Football-plus.az xəbər verir ki, “Lids”in qapıçısı komandasının səfərədə 2:1 hesablı qələbəsində 9 dəfə seyv etməklə rol oynayıb.
22 yaşlı fransalı bu göstərici ilə premyer-liqanın cari mövsümünün rekordunu müəyyən edib.
Melye bu mövsüm iştirak etdiyi 12 matçda orta hesabla 1,58 top buraxıb və qapısını yalnız 2 dəfə toxunulmaz saxlaya bilib.