Türkiyə Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Hakimlər Komitəsində yeni təyinat baş tutub. Komitədən verilən rəsmi açıqlamada artıq sabiq ingiltərəli hakim Entoni Teylorun elit hakim direktoru vəzifəsinə gətirildiyi bildirilib.
İngiltərə futbolunun ən populyar ədalət təmsilçilərindən olan 47 yaşlı Teylor ötən ay mükəmməl karyerasını başa vurduğunu açıqlamışdı.
2010-cu ildən premyer-liqa matçlarına təyinat almağa başlayan, 2013-cü ildən FİFA hakimi statusunu alan Teylor 2020-də Avropa superkubokunun, 2021-də Millətlər Liqasının, 2023-də Klublararası DÇ-nin və Avropa Liqasının finalı da daxil olmaqla bir çox mühüm oyunları idarə edib. Eləcə də AÇ-2020 və 2024, DÇ-2022 və 2026-ya təyinat alıb.
O bundan sonra Türkiyə hakimliyi üçün çalışacaq. Teylor yeni işində Türkiyənin elit hakimlərinin inkişafının planlaşdırılması, performans dəyərləndirmə sisteminin gücləndirilməsi, seminar proqramlarının hazırlanması, oyunların analiz sistemlərinin inkişafı kimi məqamlara cavabdehlik daşıyacaq.