"Liverpul"un futbolçusu Trent Aleksander-Arnold Stiven Cerrardın rekordunu qırıb.
Bu barədə yerli mətbuat xəbər yayıb. Müdafiəçisi buna İngiltərə çempionatının 31-ci turunda "Mançester Siti" ilə səfər matçında məhsuldar ötürmə etməklə nail olub. Oyunçu cari mövsüm 17-ci dəfə qol ötürməsi verib. Beləliklə Aleksander-Arnold Cerrardın 16 məhsuldar ötürmə rekordunu geridə qoyub.