“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Komanda Slavik Alxasovu heyətinə qatıb. 33 yaşlı müdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb.
Slavik Alxasov kareyarası ərzində “Araz-Naxçıvan”, “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə”, “Sabah” və “Zirə”nin heyətində çıxış edib.
Slavik Alxasov "Səbail"də
Ölkə futbolu






