Asim Xudiyevə UEFA-dan təyinat

6.08.2026 18:10 6
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 13-də keçiriləcək “Eqnatia” (Albaniya) - “Şemrok Rovers” (İrlandiya) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionunda baş tutacaq.