İngiltərə premyer-liqasının 33-cü turunda "Liverpul" "Aston Villa"nı 2:1 hesabı ilə məğlub edib.
"Football-plus.az" xəbər verir ki, "qırmızılar"ın qələbə topunun müəllifi Sadio Mane olub. Seneqallı futbolçu bu mövsüm qollarının sayını 15-ə çatdırıb.
Bununla da Mane cari futbol ilində bu saya çatan 3-cu oyunçu olub. Mersisaydlıların digər forvardları Məhəmməd Salahın hesabında 22, Dioqo Jotada isə 15 top var.
2013/14 mövsümündə "Mançester Siti"nin üzvləri Yaya Ture, Serxio Aquero və Edin Dzeko premyer-liqada 15 qol vurmuşdular. Bununla da "Liverpul" "şəhərlilər"in rekordunu təkrarlayıb.