“Çelsi” İngiltərə çempionatının son oyununda “Brayton”a uduzub.
Football-plus.az xəbər verir ki, London klubunun 1:4 hesablı məğlubiyyətində komandanın iki oyunçusu da rol oynayıb.
14-cü dəqiqədə Ruben Loftus-Çik, 42-ci dəqiqədə isə Trevo Çaloba topa uğursuz toxunuş etməklə onu öz qapısına yönəldiblər.
Nəticədə London klubunun iki üzvü premyer-liqada ilk dəfə bir oyunda avtoqol müəllifi olub.