FİFA millimizin üzvü Namik Ələskərovun sabiq klubu "Bursaspor"a transfer qadağası qoyub.
Bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, “Bursaspor” trasfer etdiyi oyunçularla müqavilənin şərtlərinə əməl etmədiyi, məvacibləri vaxtında ödəmədiyi üçün cəzalanıb. İlk olaraq xorvatiyalı futbolçu Luka Çapan FİFA-ya şikayət edib. Bununla bağlı araşdırma aparılıb və klubun daha bir neçə futbolçuya borclu olduğu üzə çıxıb. Bundan sonra isə həmin futbolçular da Çapanın şikayətinə qoşulub. Həmçinin açıqlamada qeyd olunub ki, klub şikayətlə bağlı CAS-a müraciət edəcək.
Məsələ ilə bağlı etibarlı mənbədən informasiya əldə etdik. Məlum oldu ki, Namik Ələskərov daha öncə, hələ “transfer pəncərəsi” açıq olarkən şikayət edib. Klubun yığmamızın üzvünə nə qədər borclu olduğuna gəlincə, məbləğ 200 min avrodan çoxdu.
ŞAİR ABDULLA