FİFA millimizin üzvü Namik Ələskərovun sabiq klubu "Bursaspor"a transfer qadağası qoyub.
"Football-plus.az" xəbər verir ki, bu barədə Türkiyənin 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilib ki, "Bursaspor" oyunçu transferi zamanı onların müqaviləsindəki qaydalara əməl etmədiyi, məvacibləri vaxtında ödəmədiyi üçün cəzalanıb. Bu hal təkrarlandığı üçün klub 2 transfer dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək. "Bursaspor" məsələ ilə bağlı CAS-a müraciət edəcək.
"Bursaspor" 2021-ci ilin yayında "Neftçi"dən heyətinə qatdığı Namik Ələskərovun, eləcə də Tim Matavz və Reagy Ofosu Baahın müqaviləsinin şərtlərini pozub. Millimizin yarımmüdafiəçisi bu ilin yayında Bursa təmsilçisindən ayrılıb və "Sabah"a keçib.