Yığmanın baş məşqçi postuna De Byazidən başqa kim namizəd olub? - Vaqif Sadıqov açıqladı

6.10.2022 14:34 2 972
Aktual / Manşet
İki gün öncə AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Toplantıda bir neçə qərar qəbul olunub ki, ən vacibi milli komandanın baş məşqçisi Canni de Byazi ilə bağlıdı. İtaliyalı mütəxəssis daha bir seçmə mərhələdə yığmaya rəhbərlik edəcək.

Maraqlıdı, iclasda De Byazidən başqa kiminsə namizədliyi təklif edilib? Qərardan narazı qalan, etiraz edən komitə üzvü olub? Bu haqda məlumat almaq üçün AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlamsı belə oldu:

“İclasda başqa heç kim barədə müzakirə aparılmayıb. Yalnız De Byazinin fəaliyyəti, son 3 oyundakı qələbəsi və futbolçuların performansı müzakirə olundu. Bütün bunlar nəzərə alındı və belə qərar verildi ki, mütəxəssis daha bir seçmə mərhələdə komandaya rəhbərlik etsin. Qərara heç kimin etirazı olmadı”.


ŞAİR ABDULLA