• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azərbaycan kubokunda niyə həvəskar klublar iştirak etmir?

Ölkə kuboku / Manşet

27-09-2022, 22:0

Azərbacan kubokunda 2022/23 mövsümünün iştirakçıları müəyyənləşib.

Yarışda premyer-liqanın 10 komandası ilə yanaşı, birinci divizion təmsilçiləri “Qaradağ Lökbatan”, MOİK, “Araz Naxçıvan” və “Mingəçevir” mübarizə aparacaq. Püşkatma mərasimi isə oktyabrın 19-da, AFFA-nın inzibati binasında keçiriləcək. Saat 15.00-da başlayacaq tədbirə klub və KİV nümayəndələri dəvətlidi.

PFL-in açıqlamasından göründüyü kimi, bu il ölkə kuboku uğrunda mübarizəyə 14 komanda qoşulacaq. Aşağı dəstədə çıxış edən “İmişli” və “Zaqatala” maliyyə problemləri səbəbindən turnirdə iştirakdan imtina edib. Halbuki bir oyunla nə şimal-qərb, nə də Mil-Muğan düzündə yerləşən bölgənin təmsilçisi ciddi pul itkisi ilə üzləşəcəkdi. AFFA-dan maliyyələşən hər kluba yuxarı instansiyalar göstəriş versəydi, hər ikisi turnirə qatıla bilərdi. Cəmi bir oyundan ibarət olan ilkin mərhələ üçün guya nə qədər vəsait tələb olunur ki? Hələ püşk üzlərinə güləcəyi halda rəqibləri “doğma divarlar” arasında qəbul edə bilərdilər ki, belədə məsrəf, ümumiyyətlə, minimum səviyyədə olacaqdı. Təəssüf ki, PFL adını çəkdiyimiz klubların yarışa qatılması yönündə ciddi səy göstərmədi və ya göstərmək istəmədi.

Artıq neçə illərdi ölkə kubokunda iştirakçı sayının az olduğunu qeyd edir, turnirə marağı artırmaq üçün hətta Region Liqasında çıxış edən, normal infrastruktura malik bəzi komandaların mübarizəyə qoşulmasının məqsədəuyğun olduğunu yazırıq. Ancaq nə edək ki, heç kim buna reaksiya vermir. Maraq üçün bildirək ki, maliyyə cəhətdən Azərbaycandan dəfələrlə geri qalan Gürcüstanda ölkə kuboku uğrunda mübarizəyə 46 komanda qoşulub. Onların arasında yüksək dəstə, birinci divizion klubları ilə yanaşı, həvəskar status daşıyan aşağı dəstələrdə çıxış edənlər də var. Rusiyada 2022/23 mövsümündə kuboka qatılan komandaların sayı 103, Türkiyədə 148, Qazaxıstanda isə 30-a bərabərdi.

Bu ilin avqustunda PFL rəhbərliyində dəyişiklik oldu. Uzun illər qurumun prezidenti olan Ramin Musayevin postundan ayrılmasından sonra boş qalan kresloya Elxan Səmədov əyləşdi. Düşünmək olardı ki, onun gəlişindən sonra ölkə kuboku uğrunda yarışda hansısa yenilik görəcəyik. Ancaq Elxan bəy də sələfinin yolu ilə getməyi lazım bildi. Kubokda iştirakçı sayını artırıb özünə problem yaratmaq istəmədi. Belədə ildə azı 4 dəfə üz-üzə gələn premyer-liqa təmsilçiləri kubokda da qarşılaşmalı olacaq ki, bu da ölkədə futbolun monoton, ağ-qara rəngdə olmasına gətirib çıxarır. Belə durumda azarkeşlər də futboldan bezir ki, onları da başa düşmək lazımdı. Nə qədər eyni rəqiblərin bir-biri ilə qarşıdurmasına şahidlik etmək olar?

Məsələ ilə bağlı PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin fikirlərini öyrənməyi lazım bildik:

“Ölkə kubokunda komanda sayının azlığı bizi də narahat edir. Bildiyiniz kimi, 2022/23 “futbol ili”ndə turnirdə 10 premyer-liqa və 4 divizion təmsilçisi iştirak edəcək. Yenə deyirəm, biz də bilirik ki, kubok mücadiləsi üçün bu say azdı. Region Liqasında çıxış edən komandaların iştirakına gəlincə, yarışın Əsasnaməsində ölkə kubokunda yalnız peşəkar komandaların iştirak edə biləcəyi ilə bağlı bənd var. Region Liqasındakı kollektivlər isə həvəskar statusu daşıyır. Bu il ordakı komandaların kubokda iştirak etməyəcəyi artıq dəqiqləşib. Növbəti mövsüm üçün bu məsələni araşdırıb, Əsasnaməyə müəyyən dəyişikliklər etmək mümkündü. Amm onu da indidən deyim, gələcəkdə Region Liqası təmsilçiləri ölkə kubokuna buraxılacağı halda bəzi tələblər var ki, onları da yerinə yetirməlidi. Heç kimə sirr deyil ki, sözgedən turnirdə mübarizə aparan kollektivlərdə bununla bağlı ciddi problemlər mövcuddu. Kubokda çıxış edən klub ən azı normal infrastruktura malik olmalıdı”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku

21-09-2022, 11:0

Azərbaycan Kubokunun iştirakçıları müəyyənləşdi

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:27
    "Turan Tovuz" mövsümün ilk matçında qalib gəldi
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Dünən, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Dünən, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Dünən, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə