Azərbaycan Kubokunun iştirakçıları müəyyənləşdi

21.09.2022 11:56 492
Ölkə kuboku
Azərbaycan Kubokunda 2022/2023-cü illər mövsümünün iştirakçı komandaları müəyyənləşib.

"Football-plus.az" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yarışda premyer-liqanın 10 komandası ilə yanaşı, 1-ci Divizion təmsilçiləri olan “Qaradağ Lökbatan”, MOİK, “Araz Naxçıvan” və “Mingəçevir” mübarizə aparacaq.

Azərbaycan Kubokunun püşkatma mərasimi oktyabrın 19-da AFFA-nın inzibati binasında keçiriləcək. Saat 15.00-da başlayacaq tədbirə klub və KİV nümayəndələri dəvətlidir.