• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”ı ÇL-in qrupundan və milyonlardan edən səbəblər - TƏHLİL

Manşet / Yazarlar

25-08-2022, 19:0

Epiqraf sizə qəribə gələ bilər. Avstriyalı nevroloq Ziqmund Freydin sözlərindən istifadə etməyim təsadüfi deyil. Əminəm ki, “Qarabağ”ın hesabda öndə olsa da, “Viktoriya”ya uduzaraq Çempionlar Liqası ilə vidalaşması çoxlarının əsəblərini oynadıb. Əminəm ki, çoxunuz gecə yata bilməmisiz. Təbii ki, əldən buraxılanları düşünəndə gözə yuxu getmir. “Real”, “Barselona”, “Bavariya”, PSJ kimi dünya nəhəngləri paytaxtımıza təşrif buyura bilərdi. Ağdamlıların hesabına 15,64 milyon avro daxil olacaqdı. “Köhlən atlar”ın hansısa yerli futbolçusu Avropa klublarının diqqətini çəkə bilərdi. Heyf! Heç biri olmadı.

İndi gəlin ölkə futboluna olan sevgi-məhəbbəti bir kənara qoyub, “Qarabağ”ın nə üçün Çempionlar Liqasının qrupundan kənarda qaldığını anlamağa çalışaq. Mən özüm üçün beş səbəb tapmışam. İstəyirəm onları sizinlə bölüşüm...

Almeydanın qəfil zədəsi
İlk 20 dəqiqə bizim üçün çətin oldu. “Viktoriya” hücuma atılaraq qol vurmaq istəyirdi. “Qarabağ” isə şansını əks-hücumlarda sınamağa çalışırdı. Ağdamlıların heyətində iki oyunçu “qara iş” görürdü. Bunlardan biri Riçard, digəri isə Qara idi. Qarayev hücumların qarşısını almaq, rəqibib oyununu pozmaq ilə məşğul olurdusa, Almeyda kəsmə ötürmələrlə “Qarabağ”ın hücum qurmasına şərait yaradırdı. Braziliyalı topu özündə saxlayır, rəqibin cərimə meydançası istiqamətinə reydlər edir, uzaqdan zərbələrə cəhd göstərirdi. Qara ilə Riçardın etibarlı oyunu sayəsində “Qarabağ” qapısında top görmədi, hətta ilk hissədə qol da vurdu. 54-cü dəqiqəyə kimi Qurban Qurbanovun bu sistemi işə yaradı. Lakin Almeydanın zədələnməsi hər şeyi alt-üst etdi. Yankoviçin oyuna istənilən kimi qoşula bilməməsi, ön xətdə itirilən topları mərkəzdə “sığortalaya” bilməmək “Qarabağ”ın işini çətinləşdirdi. Təsadüfi deyil ki, Almeyda meydanı tərk edəndən cəmi 4 dəqiqə sonra qapımızda qol gördük. Bəli, Riçardın yoxluğu Ağdam təmsilçisinin nizamını pozdu. Komandanı arxasınca aparan birinin olmaması da məğlubiyyəti şərtlərindirən səbəblərdən idi.

Kadi və Abdullanın oyundan qopması
Təbii ki, bu ölkədə Üzeyir Hacıbəylini tanımayan yoxdu. O, möhtəşəm musiqilər bəstələməklə yanaşı, maraqlı kəlamlar da səsləndirib. Üzeyir bəy deyib ki, lovğalıq tərəqqinin düşmənidi. Yəni özündənrazı oldunsa, inkişafın dayanacaq. Deyəsən, azarkeşlər tərəfindən sevilmək, bir neçə qarşılaşmada yaxşı performans sərgiləmək Abdulla Zubirlə Kadi Borgesin ağlını başından alıb. Deyəsən, onlar Misli premyer-liqasında çıxış etdiklərini unudublar. “Zirə”, “Səbail”, “Kəpəz”, “Qəbələ”, Turan Tovuz”, “Sumqayıt”ın futbolçularına qarşı etdiyi hərəkətləri Çexiya çempionunun oyunçularına qarşı etmək o qədər də asan deyil. İstənilən halda, bu komandaların baş məşqçiləri adı çəkilən futbolçuların nəyə qadir olduğunu bilərək onlara qarşı əlavə tədbirlər görüb. Kadi və Abdullanın fərdi oynaraq rəqibin xeyrinə hərəkətlər etməsi də məğlubiyyətə səbəb olan məqamlardan idi. Məsələn, 84-cü dəqiqədə sağdakı künc bayrağına yaxın nöqtədən Kadi cərimə zərbəsi yerinə yetirirdi. Braziliyalı cərimə meydançası həndəvərində boş dayanan Yankoviçə ötürmə etmək əvəzinə topu birbaşa qapıya göndərmək istədi. Top da dəliliyinə salıb uçdu göylərə. Oyunun sonlarıdı, komanda uduzur. Burda təkəbbürə nə ehtiyac var? Hesabın açıldığı epizoddakı kimi qapı istiqamətinə asma et də. Zubir də ondan betər. Ancaq rəqibi aldatmağa çalışır. Fransalı sanki Messidi, hamını aldadıb qol vuracaq. Bəli, bunları edə bilirsən. Amma Misli premyer-liqasında. Çempionlar Liqasında 2 metr boya malik müdafiəçilər adamı ayaqlarının altında əzirlər...

Mixal Bilek - Qurban Qurbanov 3:1

“Qarabağ”ın oyuna başlama tərzi hamıda narahatlıq doğrurdu. Oyun gedə-gedə hamı sosial şəbəkələrdə komandanın öz tərzində mübarizə aparmadığını yazırdı. Lakin bu, Qurban Qurbanovun planı idi. Yuxarıda da qeyd etdiyim kimi, 50 yaşlı mütəxəssis müdafiədə etibarlı oynayıb, əks-hücumlarda komandasının qol vuracağına ümid edirdi. Öz cərimə meydançasından və mərkəzdən müdafiənin arxasına ötürülən toplar da Qurban bəyin əsas silahı idi. İlk hissədə hər şey istənilən kimi alındı. Oyunu baş məşqçilərin mübarizəsi kimi qələmə versək, Qurbanov Bileki fasiləyə qədər 1:0 üstələdi. İkinci hissə başlayan kimi çexiyalı mütəxəssis boş yerə ölkə çempionu olmadığını göstərdi. 57 yaşlı çalışdırıcı Sikoranı Klementlə əvəzləyərək Qurbanovla hesabı bərabərləşdirdi. Adam məğlub olmaq istəmədiyini fasilə bitən kimi göstərdi. Bilekin ikinci həmləsi isə “Qarabağ”ın sağ cinahının yaxşı müdafiə oluna bilmədiyini görərək bu mövqedən hücumlarının kəsərini artırması oldu. Veşoviç daha çox hücumda oynamağı sevən futbolçudu. Monteneqrolunun müdafiə bacarığı o qədər də yüksək deyil. Təsadüfi deyil ki, 2 qol da onun çıxış etdiyi cinahdan vuruldu. 58-ci dəqiqədə Veşoviç qaydanı pozdu, çexiyalılar fərqləndi. 73-cü dəqiqədə monteneqrolu topa toxuna bilmədiyi üçün Moskeranın ötürməsindən sonra Klement fərqləndi. İstənilən halda, bu Bilekin oyunu oxumaq bacarığı idi. Bunu edərək baş məşqçilərin duelində hesabda önə keçdi. Çexiyalı sonuncu qolu isə 2-ci hissədə meydana buraxdığı forvardı oyundan çıxararkən vurdu. Adam istədiyi hesabı təmin etmişdi. Cəmi 20 dəqiqə müdafiə olunmalıydı. Komandası bunu əla bacarırdı. Bilek öz gedişini edərək Qurbanovun həmləsini gözlədi. 50 yaşlı mütəxəssis isə hücumçunu hücumçu ilə əvəzləyərək cavab verdi. Bu da yanlış idi. Onsuz da məğlub olurduq, itiriləcək heç nə yoxdu. İkiforvardlı sistemlə “Viktoriya”nı qapısına tam sıxışdırmaq olardı ki, Qurbanov bu riski etmədi. Nəticədə Çempionlar Liqasının qrupu əldən çıxdı.

“Viktoriya”nın qələbəyə daha çox ehtiyacı var idi
Mərhələnin oyunları başlamamış Çexiya mətbuatı “Viktoriya”nın problemlərindən bəhs edirdi. Klub borc içində üzür. Rəhbərlik bu problemdən çıxış yolu kimi Çempionlar Liqasının qrupuna düşməyi görürdü. Plzenlilərin 12 milyon avro borcu var. Qrupa düşərək 16 milyona yaxın pulu əldə etmək göydəndüşmə idi. Hətta klubun sahibi Adolf Şadek “Qarabağ”ı keçməyəcəkləri təqdirdə klubu satışa çıxaracağını dilə gətirmişdi. Vəziyyət həqiqətən çıxılmaz idi. Sözsüz, ağdamlılar da qələbəni arzulayırdı. Amma “Qarabağ” uğur əldə etmək, yenidən tarix yazmaq üçün mübarizə aparırdı. “Viktoriya” üçün isə bu oyun qurtuluş mübarizəsi idi. Plzendəki qarşılaşma ölüm-qalım məsələsi idi. Məhz bu səbəbdən Mixal Bilekin komandası qələbəni daha çox istəyirdi. Bəzən çıxılmaz vəziyyətdə olan fərd(lər) əllərindən gələnin ən yaxşısını edərək bu durumdan qurtulmağa çalışırlar. “Viktoriya”nın futbolçuları da kollektiv şəkildə özünü daha da pis vəziyyətə düşməkdən xilas edərək Çempionlar Liqasının qrupuna vəsiqə qazandılar.
Ona başa salın ki...

Türkiyə ədəbiyyatının ən önəmli şəxslərindən olan Özdəmir Asafın belə bir kəlamı var: “Danışsam, dilim yanar, sussam, ürəyim”. İndi mən də bu haldayam. Bu Şahruddin Məhəmmədəliyevin səhvindən bilmirəm danışım, ya yox? Ölkə ikiyə bölünüb. Yarısı onun tərəfində, yarısı əlehinədi. “Üzülmə, başını dik tut” deyən də var, “Allah bəlanı versin” deyən də. Mən də duyğularımla hərəkət etməyən bir insan kimi Şahruddini qınayıram. Baxın, bu, “Şah” ləqəbli qolkiperin neçənci səhvidi? Millidə də belə şeylər edib, “Qarabağ”da da. “Kayrat”la oyunda meydanın mərkəzindən buraxdığı qol hamının yadındadı. Səhv bir olar, iki olar. Kimsə onu başa salsın ki, ay bala, belə olmaz! Çoxları deyir ki, Şahruddinin nə qədər xilas etdiyi epizod var. Amma həmin şəxslər başa düşmür ki, adamın işi budu. Qapıda dayanırsa, topun çərçivədən keçməsinin qarşısını almalıdı. Təsəvvür edin, “Futbol+” üçün son 1 ildə yazdıqlarımın yarıdan çoxu səhv olur. İndi baş redaktorum Mahir Rüstəmli məni danlamasın, bağışlasın ki, o vaxtı De Byazinin AFFA ilə yenidən müqavilə bağlayacağını, ötən həftə də “Qarabağ”ın AFFA-nın Müşahidə Şurası yaratmaq təklifindən imtina etdiyini yazmışdın Belə məntiqsizlik olar? Mənim işim yazmaq olduğu kimi, Şahruddinin işi də qapıda dayanmaqdı. Niyə mənasız yerə başqa işlərə can atırsan? Sənin düzəlməyin üçün nə edək? Qapıdan irəli çıxmamağın üçün ayağına daş bağlayaq?

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

11-08-2022, 16:0

“Qarabağ”la “Viktoriya”nın fərqi - AÇIQLAMA

Çempionlar Liqası

14-08-2022, 11:0

Menecerlər “Viktoriya”nı çətin, amma keçiləsi rəqib sayır - AÇIQLAMALAR

Çempionlar Liqası

17-08-2022, 13:0

"Əlbəttə ki, narahatam" - "Viktoriya"nın futbolçusu

Çempionlar Liqası

13-08-2022, 12:0

"Yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik" - "Viktoriya"nın yeni transferi

Çempionlar Liqası

24-08-2022, 13:0

“Üç gündü buna hazırlaşırdım” - "Viktoriya"nın futbolçusu

Konfrans Liqası

4-07-2022, 20:0

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Bu gün, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Bu gün, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Bu gün, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Bu gün, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Bu gün, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Bu gün, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Bu gün, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Bu gün, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Bu gün, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Bu gün, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Bu gün, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Bu gün, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Bu gün, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə