"Yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik"

13.08.2022 12:49 504
Çempionlar Liqası
"Viktoriya"nın (Plzen, Çexiya) futbolçusu Forçun Akpan Bessi Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri matçlar haqqında danışıb.

Football-plus.az xəbər verir ki, "Ferentsvaroş"dan icarəyə götürülən 24 yaşlı hücumçu Macarıstan mətbuatına açıqlama verib.

Forçun Akpan 3-cü təsnifat mərhələsində Budapeşt klubunun Ağdam təmsilçisinə uduzmasından bəhs edib:

"Bu rəqibə qalib gələ bilərik. "Qarabağ"la matçlar çətin idi, indi də belə olacaq. "Qarabağ" irəlidə fəal oynayır və bütün diqqətini rəqibin səhvlərinə cəmləyir. Yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik. İnanıram ki, mübarizə aparacağıq və bu komandanın öhdəsindən gələcəyik".

Qeyd edək ki, "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul