• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ginekoloq Baqa - KÖŞƏ

Manşet / Yazarlar

23-08-2022, 13:0

“Zirə” ilə matçdan sonra media nümayəndələri qarşısına çıxan "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa komandasının hələ də qol vura bilməməsinə münasibət bildirərkən "bunu bilsəydim, reseptini sizə deyərdim. Amma işləyirik. Görürəm ki, uşaqlar da çalışır. Vaxt barədə nəsə deyə bilmərəm. Hamiləlik deyil ki, 9 aydan sonra nəsə gözləyək" cavabını verib.

Əhsən, əla cavabdı. Bir komandanın baş məşqçisi yetirmələrinin nə vaxt qol vuracağını bilmirsə, futbolla ginekologiyanı müqayisə edirsə, ona ancaq “bravo”, yeri gəlsə, “molodes” deyib alqışlamaq lazımdı. Yerinə düşən cavabdı. Buna görə Baqaya hörmətim birəbeş artdı. Baş məşqçi hardan bilsin ki, komandası nə vaxt qol vuracaq? Onu mən, sən, bazarda göysatan Fatmanisə xala, tikintidə bənna işləyən Əlverdi qardaş bilməlidi. Baş məşqçinin işi ayın sonunda karta köçən maaşını saymaq, arada dərd-qəmdən uzaqlaşmaq, ötən günləri yada salmaq, uşaqların gələcəyini düşünmək üçün Dənizkənarı bulvarda gözdən-könüldən uzaq küncə çəkilib xəyallara dalmaqdı. Şair necə deyib, qalanı əfsanədi.

Bu yerdə özümdə cəsarət tapıb, hörmətli belaruslu mütəxəssisə “Sumqayıt”ın niyə qol vura bilməməsinin səbəbini izah etməyə çalışacam. Bunun üçün hansı əzaba qatlandığımı, neçə-neçə kitab vərəqlədiyimi, mötəbər akademik və professorlar ilə söhbətləşdiyimi bir mən, bir də bu yay ayağı top tutmayanları legioner adı ilə “Sumqayıt”a sırıyan agentlər bilir.

Deməli, Nyu-York akademiyasının müxbir üzvü, Azərbaycan Elmlər Akademiyasının “futbol komandasında 11 nəfər olur” institutunun direktoru Şimşək İldırımov mənimlə söhbətində bildirdi ki, qol vurmaq üçün komanda irəli getməli, hücum qurmalı, “çərçivə” istiqamətində zərbə endirməlidi. 90 dəqiqə qorxaq futbol sərgiləyən, meydanın mərkəzini keçməyə ürək etməyən, birinci zonada ətdən çəpər düzən, ardıcıl 3 ötürmə etməyən komandadan qol gözləmək, erkək fildən bala gözləmək kimi bir şeydi (lənət şeytana, deyəsən, mən də Baqa kimi ginekologiyaya yönəlirəm). Hörmətli ziyalımız onu da əlavə etdi ki, “Qarabağ” kimi komanda ilə matçda 8 nəfərlə müdafiəyə oturmağı başa düşmək olar. Qurbanovun komandası ilə “Sumqayıt” arasında keyfiyyət baxımından yerlə-göy qədər fərq var. Ancaq “Zirə” kimi kollektivlərlə oyunda bütün komanda ilə geri çəkilməyə, “Məmmədağa, vur qabağa” futboluna ginekologiyada bir ad qoymaq mümkündü: mən uşaq istəmirəm. Futbol dili ilə desək, yəni bizə qol lazım deyil. Əsas odu, özümüz məyus olmayaq. Ziyalımız belə də deyib, söhbəti bitirməyimi istədi.

Bu yay tarixində ilk dəfə “Sumqayıt”a legioner transfer etməyə icazə verildi. Hazırda Baqanın sərəncamında 9 legionerin olduğunu da diqqətinizə çatdırım. Düşünmək olardı ki, “kimyaçılar” ötənilki fiaskodan sonra imicini düzəltmək üçün fürsətdən maksimum yararlanıb, ən azı ilk “5-lik” uğrunda mübarizə aparacaq komanda formalaşdıracaq. Əvəzində nə görürük? Yarıtmaz transferlər, komandasını uğura daşıya biləcək resepti tapa bilməyən baş məşqçi…

Aleksey müəllimin suala ironik formada “hamiləlik deyil ki, 9 aydan sonra nəsə gözləyək” cavabını verdiyini yazının əvvəlində qeyd etdim. Bu yerdə “Sumqayıt”ın baş məşqçisinin diqqətinə bir nüansı çatdırmaq istəyirəm. Biz tərəflərdə deyirlər ki, erkək qısırdısa, dişidən bala gözləməyə dəyməz. Heç ona süni mayalanma da kömək edə bilməz (bağışlayın, Baqanın yolu ilə gedirəm).

Aleksey müəllim ötən il dekabrın 30-dan Azərbaycandadı. İlk 6 ayda ona yetərincə kart-blanş verildi. Hamı “yeni gəlib, öz komandasını qurmayıb” deyərək, “Sumqayıt”ın zəif çıxışına görə göz yumdu. Deyəsən, Aleksey müəllim bundan ilhamlanaraq “onduz da söz deyən yoxdu, başımı aşağı salıb pulumu qazanım, arada da doğuş barədə mühazirə söyləməklə günümü keçirim” prinsipi ilə yola davam etməyi düşünür. Daha başa düşmür ki, “Sumqayıt”ı tarixində ilk dəfə bürünc medallara daşıyan baş məşqçini çıxardıb, onu “sükan arxasına” gətirən rəhbərliyi də pis vəziyyətdə qoyur, klub prezidentini qınaq obyektinə çevirir. Yeri gəlmişkən, bu həftənin cümə günü “Sumqayıt” Ayxan Abbasovun çalışdırdığı “Turan Tovuz”u qonaq edəcək. Maraqlıdı, “kimyaçılar” “Kapital Bank Arena”da“boz qurdlar”a uduzacağı halda Aleksey müəllim, görəsən, Riad Rəfiyevə nə bahənə gətirəcək? Özüm görsəm, deyəcəm, görməsəm, görənlər ona çatdırsın ki, bu dəfə heyvanlar aləminə baş vursun, onların doğuş prosesindən, hamiləlik dönəmindən danışsın. Ən yaxşısı camışlardan nümunə gətirməkdi. Axı camışlarda hamiləlik dövrü 10 ayı əhatə edir…

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

21-08-2022, 23:0

"Kabinetlərdə danışılanlar mənə aid deyil" - Aleksey Baqa

Ölkə futbolu

15-04-2022, 19:0

"İkinci qolu vurmağa gücümüz çatmadı" - Aleksey Baqa

Premyer-liqa

4-05-2022, 21:0

"Qol buraxana qədər inamla oynadıq"

Ölkə futbolu

2-06-2022, 12:0

"Bu, Azərbaycan üçün kiçik bir üstünlükdü" - Aleksey Baqa

Premyer-liqa

15-05-2022, 19:0

"Komandam xoş sözlərə layiqdi" - Aleksey Baqa

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Dünən, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • 30-07-2026, 23:0
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • 30-07-2026, 23:0
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • 30-07-2026, 22:0
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə