"Football-plus.az" xəbər verir ki, çexiyalı yarımmüdafiəçi “sport.cz”a açıqlamasında deyib:
“Lex”in “Qarabağ”la oyunlarından sonra oradakı tanışlarımla yazışmışdım. “Qarabağ” haqda yeni heç nə öyrənə bilmədim. Mən daha çox öz məşqçilər korpusumuzun məlumatlarına arxalanıram. Əlbəttə ki, narahatam. Üçüncü dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşmək cəhdi alınarsa, şad olaram".
Sikora iki dəfə "Slaviya" ilə ÇL-in qrupunda oynayıb.
Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20.45-də başlayacaq.




