• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Premyer-liqanın yeni mövsümü nə vəd edir?

Dünya futbolu

7-08-2022, 15:0

Həftəsonu futbolsevərlərin böyük həvəs və maraq ilə gözlədiyi çempionatda – İngiltərə premyer-liqasında yeni mövsüm başladı.

Bəs 2022/23 mövsümü hansı məqamlara görə diqqət mərkəzindədi, irəlidə bizi nə gözləyir?

MS nə etmək istəyir?
“Şəhərlilər” son illər ərzində ilk dəfə birmənalı qiymətləndirilməyən transfer kampaniyası həyata keçirib. Bir tərəfdən, hansısa xüsusi təqdimata ehtiyacı olmayan Holann, Marselo Byelsadan dərs alan Fillips və argentinalı Alvares gəlib. Ancaq bir neçə səviyyəli futbolçu da düşərgəni tərk edib. Əfsanəvi Fernandinyo Braziliyaya – təqaüdə yollanıb, Zinçenko “Arsenal”ı gücləndirəcək, onunla yanaşı, Jezus da Londonun şimalına gedib. “Siti”nin ağılsızlığının apofeozu isə Sterlinqin “Çelsi”yə transferidi. Klubun hələ də meydanda faydalı olan lideri və əfsanəsi... Ümumiyyətlə, nə baş verir? Bəlkə də MS Qvardiolanın fikirlərinə uyğun şəkildə inkişaf edəcək. Baş məşqçi barıtı hədsiz artıq etmirmi? Yoxsa dazbaş dahinin fərqli planı var? “Liverpul”la Superkubok oyunu cavab vermədi, əksinə, daha çox sual doğurdu. Hər halda, yeni mövsüm doğrunu bizə göstərəcək.
MY-nin dönüşü: növbəti iflas, yoxsa şagird müəllimi keçəcək?
“Mançester Yunayted” bu yayın ən çox müzakirə olunan klublarındandı. Ancaq bu əsasən Kriştiano Ronaldo məsələsinin uzanması ilə bağlıdı. Portuqaliyalı gah ÇL-dən kənarda qalmaq qorxusu ilə getmək istəyir, gah da “Rayo Valyekano” ilə yoldaşlıq oyununa çıxır və Ten Haqla yüksək tonda danışır. Ancaq sırf komandadan danışırıqsa, hər halda, müəyyən tərəqqi var: zəhlətökən Poqbadan qurtulublar, yeni baş məşqçinin məşq prosesi ilə bağlı sərt tələbləri işə düşüb. Məsələn, niderlandlı mütəxəssisin dönəmində oyun həftəsi boyunca alkoqol qəbulu qadağandı. İclaslara, nahara və ya məşqlərə gecikmə halında oyunçular da cəzalanacaq, klub əməkdaşları da. Yemək vaxtı mobil telefondan istifadə etmək olmaz. Zahirən ən adi qaydalardı, ancaq təəccüb doğruran məqam budu ki, indiyə qədər MY-də tətbiq olunmayıb.
Ten Haq oyun planında da mankunianları dəyişir. Klubun transfer siyasətini də qeyd etmək lazımdı. Yuxarıda adı çəkilən Poqba ilə yanaşı, Linqard, Matiç, Kavani və Mata da “Old Trafford”u tərk edib. Əvəzində gənclər – Martines və Malasiya, təcrübəli Eriksen gəlib. Ten Haqın köklü dəyişikliklərinin necə nəticələnəcəyini hamımız görəcəyik.

“Nyukasl” top-komanda olacaqmı?
“Sağsağanlar” nöqtəvi transferlər gerçəkləşdirib. Klub əsas oyunçularını saxlayıb, “Bernli”ni çiynində daşıyan qapıçı Poupu gətirib. “Lill”dən Botmanın alınmasını da həlledici transfer saymaq olar. Gənc niderlandlı arxa xəttin etibarlılığını təminat altına alacaq. “Nyukasl”ın hücum xəttinə hələ də irad tutmaq olar. Vud çox qol vuran deyil, baş məşqçi Eddi Hau Joelintondan meydanın mərkəzində yararlanır, yalnız əsas heyət üzvü olmayan Uilson qalır. Hazırda bu komandanın problemi çoxdu. Ancaq qeyd etməyə dəyər ki, “sağsağanlar” ötən mövsümün müəyyən hissəsini Haunun rəhbərliyi altından uğurlu keçirdi. İndi isə baş məşqçi tam həcmli təlim-məşq toplanışı keçib. Şeyxlərin pulu amilini də əlavə edəndə “Nyukasl”ın top-komandaya çevrilməsi mümkündü.
Ortabablardan kim təəccübləndirəcək?
Premyer-liqa daim “top-6”ya sıx yaxınlaşmağa qadir möhkəm ortababları ilə təəccübləndirir. Ötən mövsüm bu, Devid Moyesin “Vest Hem”i idi. Bəs bu mövsüm hansı komanda özünü parlaq göstərəcək? “Nyukasl” haqda danışdıq. Qremm Potterin “Brayton”u da parlaya bilər. Yay “transfer pəncərəsi”ndə bir qədər də güclənən “Vest Hem” yenidən “dişini göstərə” bilər. “Renn”dən 35 milyona alınan mərakeşli mərkəz müdafiəçisi Aquer ağır İngiltərə futboluna uyğunlaşarsa, sakitcə liqanın ən yaxşı müdafiəçisi olması mümkündü. Təvazökar “Sassuolo”nun heyətində A seriyasında 16 qol vuran italiyalı istedad Skamakkanı da unutmayaq. Aquer və o “çəkicdöyənlər”i təkcə oyun planında yox, heyətin dərinliyi baxımından da gücləndirəcək.
“Vest Hem”dən başqa Kempardın “Everton”una və Cerrardın “Aston Villa”sına da nəzər salmağa dəyər. Ötən mövsümü boşa verən liverpullular əsl səviyyəsini göstərməlidi. Onlar artıq üç mövsümdə 10-cu pillədən yuxarı qalxa bilmir. “Aston Villa” isə sabit oyun göstərsə, bütün premyer-liqa həvəskarlarını təəccübləndirəcək. Hələ Cessi Marşın “Lids”i də var.

Kimlər elitada qalmaq uğrunda yarışacaq?
Yeni mövsümün intriqalarından biri də elitada qalmaq uğruna gedəcək. Bu mənada namizədlərin siyahısı genişdi. Söhbət ilk növbədə ənənəvi “lift-komanda”dan – “Fulhem”dən gedir. Premyer-liqanın daha bir debütantı “Bornmut” da özünü elitada narahat hiss edəcək. Bu komanda heyətin dəyərinə görə sonuncu yerdədi. “Nottingem Forest” isə öz növbəsində elitada qala bilər. Linqardla Hendersonun gəlişi komandanı gücləndirib. Premyer-liqanı üç komandanın tərk edəcəyini nəzərə alsaq, “Fulhem”lə “Bornmut”a “Kristal Pelas”ın qoşulması mümkündü.

“Top-4”də kimlər olacaq?
Dərhal qeyd etmək olar ki, “Liverpul”la “Siti” ilk iki yeri özünə götürəcək, ÇL-ə vəsiqə uğrunda isə mübarizə aparmaq lazımdı. “Çelsi”, “Arsenal”, “Tottenhem” və nəhayət, MY də “top-4”ə əsas namizədlərdi.
“Arsenal”dan başlayaq. Hələ ki Artetanın komandası premyer-liqada 3-cü güc sayılır, xüsusən də “Çelsi” ilə MY-nin fonunda. “Topçular” əməlli-başlı güclənib. Jezusla Zinçenkonun gəlişi komandanın oyununa rəngarənglik qatacaq, ümumiyyətlə, “Arsenal” çoxdan transfer bazarında belə fəal olmayıb. Komanda fayda verməyən Genduzi ilə Lakazettdən də qurtulub. Artetanın yetirmələri hazırlıq oyunlarında rəqiblərini param-parça edir – “Çelsi” 4:0, “Sevilya” 6:0. Heyətin özəyini qoruyan “Arsenal” yeni transferlərlə bir qədər də güclənib. ÇL-də mübarizə aparmamaq da komandanın işinə yaraya bilər.
“Çelsi” hələ ki ÇL-ə inamsız iddiaçıdı. Tomas Tuxelin komandası Abramoviçin gedişindən sonra çətinlik yaşayır, bəzi oyunçular müqavilə müqavilə müddətini uzatmadan getdilər – Rüdiger, Kristensen, Lukaku... Klub artıq Kulibali ilə Sterlinqi transfer edib. Bununla belə, müdafiənin mərkəzi zəifdi. Üstəlik top-klub Vernerlə Batşuayinin ümidinə qalmamalıdı.
Ardından son vaxtların ən güclü “Tottenhem”i gəlir. Rekord məbləğdə - 101 milyon xərcləyən “mahmızlar” mövsümə yaxşı vəziyyətdə yaxınlaşıb. Demək olar ki, bütün mövqelərdə layiqli əvəzedicilər var. Keyn qalırsa, 20 qol vuracağı bəllidi. Və əlbəttə, Antonio Konte amili önəmlidi. Bu məşqçi ilk tam mövsümündə bütün hallarda titul qazanır. Odu ki, “Tottenhem”i top-4-də gözləyirik.
Daha bir namizəd MY-di. İlk 4 yerə ən anlaşılmaz iddiaçı. İflas eftimalı ilə ləyaqətli çıxış ehtimalı bərabərdi. Tam toplanış keçməyən Ronaldo oyun vaxtı tələb etməklə Ten Haqın sxemini və planlarını pozacaq.
Bir sözlə, premyer-liqanın yeni mövsümü ilə bağlı açıq qalan sual çoxdu. Tezliklə cavablarını biləcəyik.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-04-2022, 23:0

"Mançester Siti"dən böyük hesablı qələbə

Dünya futbolu

28-06-2022, 12:0

Fernandinyo Braziliyaya qayıtdı

Dünya futbolu

6-06-2022, 17:0

Qabriel Jezus "Arsenal"a keçməyə çox yaxındı

Dünya futbolu

11-05-2022, 18:0

"Arsenal" "Mançester Siti"nin hücumçusunu transfer edə bilər

Dünya futbolu

1-07-2022, 14:0

“Mançester Siti”nin transfer əməliyyatları

Manşet / Yazarlar

1-07-2022, 15:0

“Arsenal” Çempionlar Liqasına qayıtmaq üçün heyət qurur - TƏHLİL

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • 1-08-2026, 21:0
    Güləşçimiz finalda - DÇ
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 171
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 159
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 130
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə