• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Arsenal” Çempionlar Liqasına qayıtmaq üçün heyət qurur - TƏHLİL

Manşet / Yazarlar

1-07-2022, 15:0

“Arsenal” premyer-liqanın son mövsümündə ardıcıl 6-cı dəfə finişə “top-4”dən kənarda çatdı və yenə də Çempionlar Liqasına vəsiqə qazana bilmədi.

London klubu ən nüfuzlu avrokubokda sonuncu oyunu 2017-nin əvvəlində, Arsen Vengerin dönəmində keçirib və 1/8 finalda iki oyunun nəticəsinə görə “Bavariya”ya biabırçı hesabla (2:10) uduzub.

Hətta həmin 2016/17 mövsümündə də “Arsenal”ın səviyyəli bombardiri var idi: Aleksis Sançis bütün turnirlərdə 30 top vurmuşdu. Ardından Aleksandr Lakazett ilə Pyer-Emerik Obameyanq da “topçular” üçün çox qol vurdu. Ancaq sonradan hər biri mövqeyini əldən verdi və klubla vidalaşdı. 2021/22 mövsümü mərkəz hücumçularının fərdi statistikası baxımından faciəvidi: onlardan heç biri çempionatda 5-dən artıq qol vurmayıb. Bütün turnirlərdəki qol sayına görə bombardir isə vinger Bukayo Sakadı (12 qol).

Bu üzdən “Arsenal”ın transfer sahəsindəki əsas hədəfinin hücumçu axtarmaq olması təəccüblü deyil. Obameyanqın “Barselona”ya və Lakazettin “Lion”a gedişindən sonra londonlular yeganə mərkəz hücumçusunun – son mövsümdə 5 qol vuran Eddi Nketianın ümidinə qalıb ki, azarkeşlərin ona münasibəti birmənalı deyil. 23 yaşlı ingiltərəli iyunda müqavilə müddətini 2027-ci ilə qədər uzatdı və vaxtilə Tyerri Anrinin geydiyi 14 nömrəli futbolkanı aldı. Ancaq onun keyfiyyətləri top-forvard üçün yaramır. Və “Arsenal” səviyyəsində komanda mövsümü yalnız Nketia ilə yola verə bilməz.

Təcrübəli hücumçu

Əlbəttə, klubda bu problemin olduğunu çoxdan anlayırlar. “Arsenal” qışda “Fiorentina”dan Duşan Vlahoviçi almağa çalışsa da, onun uğrunda mübarizədə “Yuventus”a uduzdu. Yazda isə kluba yaxın insayderlər yeni hədəfi göstərdilər: “Mançester Siti”nin forvardı Qabriel Jezus. Bir çox nüfuzlu qaynağın xəbərinə inansaq, sövdələşmə artıq bitib: “Arsenal” braziliyalıya görə 45 milyon funt (təxminən 54 milyon avro) ödəyəcək, müqavilə 5 ili əhatə edəcək. Yeri gəlmişkən, Lakazettin gedişindən sonra 9 nömrəli forma sahibsiz qalmışdı – Jezus “Siti”də məhz bu nömrə altında oynayırdı.

Şayiələrə görə, braziliyalıya “Çelsi” ilə “Tottenhem” də iddia edib, ancaq “Arsenal” lap əvvəldən inadkarlıq göstərib. Burda rəhbərlik amilinin də həlledici rolu olub. Mikel Arteta 2016-19-cu illər aralığında “Mançester Siti”də Pep Qvardiolaya assistentlik edərkən Jezusla çalışıb, “Arsenal”ın texniki direktoru Edu isə həmin dönəmdə Braziliya yığmasında işləyib. Bu, “Arsenal” üçün sərfəli sövdələşmədi. Jezusun 25 yaşı var, 5,5 mövsümdü premyer-liqada oynayır, Artetanı və onun fəlsəfəsini yaxşı tanıyır, ötən mövsüm 13, yəni “Arsenal”ın istənilən futbolçusundan artıq qol vurub. Jezus həm təcrübəlidi, həm yaşının çiçəklənən çağındadı, həm də hədsiz motivasiyalıdı. “Siti”də o qədər də çox oyun vaxtı qazanmayan braziliyalı builki dünya çempionatına məhz yığmanın əsas forvardı kimi yollanmaq istəyir. O, 4 il əvvəl Rusiyada keçirilən mundialda komandanın 5 oyununun hər birinə start heyətində çıxsa da, qol hesabını aça bilmədi. Hazırda braziliyalıların əsas mərkəz hücumçusu yoxdu. Bu üzdən Qabrielin əlinə boş yeri tutmaq və DÇ-2018-ə görə bəraət qazanmaq baxımından gözəl imkan düşüb.

Dəqiq mövqeyi olmayan universal

Ancaq Jezusun transferinin mənfi yönləri də var. Bəli, o, Qvardiolanın komandasında cinahda tez-tez görünsə də, nominal mərkəz hücumçusudu. Futbolçunun özü üçün də “Arsenal”a keçid tam məntiqli görünür: öyrəşdiyi mövqeyə qayıdacaq və daim əsas heyətdə yer alacaq. “Siti”də isə Erlinq Holann və Xulian Alvaresin gəlişi ilə ehtiyatda qalacaqdı. MS-də keçirdiyi 5 ildən artıq müddətdə Jezusun rolu transformasiyaya məruz qalıb. Daha bir vacib məqam budu ki, braziliyalı heç vaxt hücumun sivri ucunda oynamağa üstünlük verdiyini deməyib. Bir il əvvəl ESPN-ə müsahibəsində belə demişdi:

“Düşünürəm ki, bu keyfiyyətlərlə mərkəzdə yox, cinahda daha faydalı olardım. Mən böyük ölçüdə vingerəm, mərkəz hücumçusu deyiləm”.


Qvardiola da ötən mövsümün gedişində oxşar fikir səsləndirmişdi. “Arsenal”ın cinahlar üçün adamı çoxdu. Solda Qabriel Martinelli və Emil Smit-Rou, sağda Saka, debütant Markinyos, hələ də heç yerə getməyən Nikolya Pepe oynaya bilər, Rafinyanın “Lids”dən transferi də gözlənilir. Bir sözlə, cinahlarda Jezusa yer yoxdu, “Arsenal”ın hücumunun mərkəzində isə böyük boşluq var.

Londonlular əzəmətini qaytarmaq istəyir

Arteta hər şeyi çox gözəl anlayır. Bilir ki, Jezus nə qədər sabit forvard (son 5 mövsümdə 13-23 arası qol vurub) olsa da, heç də ən məhsuldar deyil. Bilir ki, braziliyalı cinahdan hücum etməyə üstünlük verir və istənilən halda cinaha doğru yerini dəyişəcək. Bilir ki, ona görə 45 milyon funt ödənilir, belə pula isə ehtiyatda oturmaq üçün oyunçu almazlar. Ancaq onu da bilir ki, braziliyalı pressinq zamanı çox faydalıdı, əməksevərdi, ümumiyyətlə, komanda üçün ürəyini qoyur. Jezus lap əvvəldən və çoxdan “Arsenal”ın transfer hədəfi olub. Bu üzdən şübhə yoxdu ki, Arteta hücumçudan effektli şəkildə necə yararlanacağını dərk edir.

Onu da bilin ki, Jezus “Arsenal”ı Çempionlar Liqasına qaytarmaqla bağlı böyük planın yalnız bir hissəsidi. Londonlular artıq “Portu”dan hücumameyilli xavbek Fabio Vieyranı (35 milyon avro), “Nyu-İnqlend”dən amerikalı qapıçı Mett Terneri (6,4 milyon avro) və “San-Paulu”dan vinger Markinyosu (3,5 milyon) alıb. Ancaq transfer kampaniyası bitməyib. “Lids”in cinah hücumçusu Rafinya, “Lester”in yarımmüdafiəçisi Yuri Tilemans və “Ayaks”ın mərkəz müdafiəçisi Lisandro Martines də “topçular”ın maraq dairəsindədi. Belə görünür ki, “Arsenal” itirdiyi əzəməti qaytarmaq niyyətindədi, eyni zamanda Artetanın üzərində təzyiq də güclənir. İspaniyalı mütəxəssis qışa qədər gücləndirilmiş heyətlə nəticə verməsə, yəqin ki, qovulacaq.

ORXAN

Paylaş:
Digər xəbərlər
Aktual
ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
"Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
Son xəbərlər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə