Premyer-liqada yeni mövsümün startına cəmi iki həftə qaldı. Məlum olduğu kimi, 2026/27 “futbol ili” avqustun 14-də başlayacaq. Artıq mövsümün tam təqvimi də bəllidi. Ancaq “Misli” ilə müddəti başa çatan müqavilə yenilənmədiyindən ölkənin əsas çempionatının hələ də sponsoru yoxdu.
Bəs, bu yöndə hansı addımlar atılır? Sponsorun adına nə vaxt aydınlıq gələcək?
Bu suallarla PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Qurum rəsmisi “Football-plus.az”a açıqlamasında danışıqların rəhbərlik səviyyəsində davam etdiyini, rəsmi məlumat olacağı təqdirdə PFL-in saytında yerləşdiriləcəyini dedi.
KƏNAN BAHADIR