Fernandinyo Braziliyaya qayıtdı

28.06.2022 12:09 503
Dünya futbolu
"Mançester Siti"dən ayrılan yarımmüdafiəçi Fernandinyo Braziliyaya qayıdıb.

"Football-plus.az" Braziliya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı futbolçu "Atletiko Paranaense" ilə anlaşıb.

Braziliya millisinin sabiq üzvü 2003-2005-ci illərdə də "Atletiko Paranaense"də oynamışdı.

2013-cü ildən "Mançester Siti"də çıxış etmiş Fernandinyo 264 oyun keçirib 20 qol vurmuşdu.