Qabriel Jezus "Arsenal"a keçməyə çox yaxındı

6.06.2022 17:50 440
Dünya futbolu
"Mançester Siti"nin hücumçusu Qabriel Jezus böyük ehtimalla yeni mövsümdən "Arsenal"da oynayacaq.

"Football-plus.az" "Football İnsider" portalı istinadən xəbər verir ki, braziliyalı artıq London klubu ilə anlaşıb.

"Şəhərlilər"lə müqaviləsi 2023-cü ilin yayına qədər olan forvard üçün "Arsenal" 60 milyon avrosundan keçəcək.